Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 18:18)
Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq? - AÇIQLAMA

 Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib.

Bu dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməkdən yayınmış şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.

Onlara 5 seçim təklif olunacaq:

- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar) ödəmək;
- 6 ay xidmət etmək və 5 milyon dram (12 400 dollar) ödəmək ;
- 1 ay xidmət etmək və 10 milyon dram (24 800 dollar) ödəmək;
- Ümumiyyətlə hərbi xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.

Qeyd edək ki, alternativ hərbi xidmət qonşu Türkiyədə də tətbiq olunur və hazırda bu növ həbi xidmətlə bağlı ödənişin məbləği 333.089,04 TL təşkil edir. Burada 20 yaşı tamam olmuş vətəndaşlar 28 gün müddətində hərbi xidmət keçirlər.

Azərbaycanda da alternativ hərbi xitmət tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a bildirib ki, biz Qarabağ məsələsini həll etsək də hələ hərbi sahədə bəzi qanunvericilikdə dəyişiklik etməmişik:

“Yəni “Alternativ xidmət haqqında” qanun qəbul eməmişik. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya ilə Mübarizə Komitəsi güc strukturları ilə bu məsələ üzərində işləməlidir. Biz mütləq “Alternativ xidmət haqqında” qanunu qəbul etməliyik. Qardaş Türkiyədə bu sistem tətbiq olunur. Bizdə belə məsələlərə ehtiyatla yanaşırlar. Ancaq qanunvericiliyi təkmilləşdirmək, müasir tələblərə uyğunlaşdırmaq lazımdır.

Ona görə bizdə də bu mümkündür. Türkiyədə, Pakistanda və digər inkişaf etmiş ölkələrdə nə mütərəqqi məsələlər varsa, biz onları ölkəmizdə də tətbiq edə, ən azından müzakirələr aça bilərik. Ermənilər ödənişli əsgərliklə bağlı varianta əl atıblar və mən onu alqışlayıram. Yəqin əsaslandırılmış arqumentləri var ki, bu addımı atıblar. Bizdə də bu tətbiq edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, bizdə bəzi gənclər elmə, yaxud mədəniyyətə meyillidir. Niyə biz onları məcburən 1-1,5 il hərbi xidmətə cəlb etməliyik? Onlar ödənişli, müəyyən müddət hərbi xidmətdə olsalar, sonra da öz sevdiyi sahədə peşəsini davam edirsələr daha yaxşı olar. Dünyadakı mütərəqqi olan hər bir amildən gənclərimiz üçün istifadə etməliyik.

Çünki hər bir xalqın gələcəyi onun savadlı gənclərində, cəmiyyətindədir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycanda hərbi qanunvericilik təkmilləşdirilməlidir, liberallaşdırılmalıdır və inkişaf etdirilməlidir. Hazırda müharibədən 6 il keçir, ancaq hələ də bu barədə düşünülür.

Bu da xeyli vaxt itkisinə gətirib çıxarır. Biz qanunlarımızı daha sürətlə, müasir tələblərin irəli sürdüyü şərtlər əsasında hazırlayıb və öz cəmiyyətimizə təqdim etməliyik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026