Region (8-11-2023, 23:14)
Qobustanda “Zəfər Günü” qeyd edildi-VİDEO
Qobustan Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Qobustan rayonunda “Zəfər Günü” qeyd olunub.Mediatv.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib, həmçinin 19-20 sentyabr tarixlərində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bir daha bərpa etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ müharibəsinin Azərbaycan tarixinə şanlı səhifələr yazdığını, Azərbaycan dövlətinin Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdiyini, Vətən müharibəsində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrünün bütün nəsillərə örnək olduğunu qeyd edib.
Daha sonra çıxış edən şəhid Tural Gərayevin atası Şahin Gərayev Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edib.
Çıxış edənlər, Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra Qobustan şəhərində yerləşən Heydər Əliyev Parkında tanınmış incəsənət xadimlərinin və musiqiçilərin iştirakı ilə təntənəli konsert proqramı keçirilib. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024