Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 18:16)
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

 Prezidentin bu gün imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, R.İsmayılov 2024-cü ilin avqustundan nazirlikdə nazirin birinci müavini vəzifəsini tuturdu. O həmin təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad İsmayılov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2000-2006-cı illərdə özəl şirkətlərdə hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələri tutub.

2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri postu ötən ilin fevralın 5-dən boş idi.


шаблоны для dle 11.2

Xəbər lenti
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026