Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:50)
“Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ittihamlar – yüz minlərlə manatlıq zərər iddiası

 
Məlumata görə bloqerlər sosial platformalarda “Fidan Zeyn” kimi tanınan Fidan Rzayeva və “Azerina” kimi tanınan Əfsanə Qasımlı Bakıda fəaliyyət göstərən “Beautytime” gözəllik salonları şəbəkəsinin sahibi Könül Həmzəyeva tərəfindən aldadıldıqlarını iddia ediblər.

İddialara görə, ilk olaraq “Fidan Zeyn”ə Könül Həmzəyeva tərəfindən birgə gözəllik salonu açmaq təklifi olunub və tərəflər razılığa gəliblər. Bloqerin sözlərinə görə, layihəni reallaşdırmaq məqsədilə şəxsi avtomobilini satıb və ümumilikdə salonun açılması üçün 150.000 manat vəsaiti Könül Həmzəyevaya təqdim edib.
 

Fotoda Fidan Rzayeva (Bloqer “Fidan Zeyn)
”Fidan Zeyn” bildirir ki, salon fəaliyyətə başladıqdan sonra qazancın bölgüsü məsələsi gündəmə gəldikdə müxtəlif bəhanələrlə prosesdən yayınma halları başlayıb. Onun iddiasına əsasən, gah iş dəftərinin itdiyi, gah da ailəvi problemlərin olduğu əsas gətirilərək hesablaşma təxirə salınıb.
 


Fotoda Könül Həmzəyeva

Məsələni araşdırdığını deyən bloqer salon üçün alındığı bildirilən lazer aparatının belə kirayə götürüldüyünü iddia edir. Həmçinin, 150.000 manat vəsaitdən obyektin kirayəsi üçün illik 96.000 manat ödənilməli olduğu bildirilməsinə baxmayaraq, kirayənin aylıq qaydada ödənildiyi ortaya çıxıb. “Fidan Zeyn” ümumilikdə biznesin qurulmasına təxminən 20.000 manat xərcləndiyini aşkar etdiyini bildirir. O, pulunu geri tələb etdikdə isə hədə-qorxu və şantajla üzləşdiyini vurğulayır.

Digər bloqer “Azerina” isə bir neçə epizod üzrə aldadıldığını iddia edir. Onun sözlərinə görə, Könül Həmzəyeva xarici ölkədən 120.000 manat dəyərində avtomobil gətirəcəyini vəd edərək ondan ilkin olaraq 100.000 manat alıb. Bir müddət sonra avtomobilin çatdığını bildirərək qalan məbləğin ödənilməsini tələb edib.
 
Fotoda Əfsanə Qasımlı (Bloqer “Azerina”)

“Azerina” razılaşmaya əsasən qalan 20.000 manatı avtomobil ölkəyə daxil olduqdan sonra ödəyəcəyini bildirsə də, sonradan avtomobilin qiymətinin 120.000 manat deyil, 120.000 avro olduğu deyilib. İddialara görə, bu məbləğ ödənilmədiyi təqdirdə əvvəl verilmiş 100.000 manatın batacağı bildirilib. Nəticədə borca girərək tələb olunan vəsaiti ödədiyini deyən bloqer qeyd edir ki, avtomobil ölkəyə gətirilsə də, sənədlər ona təqdim edilməyib. Sonradan məlum olub ki, sifariş edilən şirkətə ödəniş tam həyata keçirilmədiyi üçün nəqliyyat vasitəsi rəsmi şəkildə təhvil verilməyib.

“Azerina”nın digər iddiası isə təhsil məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, Bakı-Slavyan Universitetinə yüksək balla qəbul olunub və 3-cü kursda təhsil aldığı müddətdə Könül Həmzəyeva tərəfindən diplomun gələcəkdə tanınmayacağı bildirilib. İddiaya əsasən, 50.000 manat müqabilində onun Bakı Dövlət Universitetinə transfer edilə biləcəyi vəd olunub. Təkliflə razılaşan “Azerina” öz ərizəsi ilə əvvəlki universitetdən imtina etdiyini, lakin vəsaitin verilməsinə baxmayaraq transfer prosesinin baş tutmadığını bildirir. Nəticədə ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığını qeyd edir.

Hər iki bloqer məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsində istintaq araşdırması aparılır və məsələnin təfərrüatlarına uyğun olaraq əmələ hüquqi qiymət veriləcəyi bildirilib.Patrul.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026