Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:09)
Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”

 
Son günlər Bakının Nərimanov rayonunda baş verən hadisələr Azərbaycanın biznes mühiti, xüsusən də illərdir ölkəmizə investisiya yatıran türk iş adamlarının qarşılaşdığı acınacaqlı mənzərəni yenidən gündəmə gətirdi.
“Okuklu Holding”in rəhbəri Yılmaz Okukluya qarşı edilən hücum və ətrafında yaradılan süni gərginlik, əslində bir şirkətin “Kristal”ın öz inhisarçı ambisiyaları naminə nələrə qadir olduğunun göstəricisidir.
İddialar və yayılan görüntülər təsdiq edir ki, hadisələrin mərkəzində “Kristal”ın öz qonşuluğundakı qanuni mülkiyyət sahiblərinə qarşı sərgilədiyi aqressiv davranış dayanır. Türk iş adamına məxsus ərazinin faktiki olaraq mühasirəyə alınması, iş fəaliyyətinə maneələr törədilməsi və ən piki – fiziki qarşıdurma həddinə çatdırılması “Kristal”ın iş metodologiyasının bir hissəsi kimi görünür.
Niyə illərdir Azərbaycan iqtisadiyyatına töhfə verən, yüzlərlə iş yeri açan bir türk iş adamı öz mülkündə “Kristal”ın göndərdiyi qruplar tərəfindən təhdid edilməlidir? Hadisənin dərhal ardından bəzi media resurslarında “Okuklu Holding”in qanunsuz tikinti apardığına dair xəbərlərin tirajlanması diqqətdən yayınmır. Bu, klassik bir manipulyasiyadır: Həm hücum et, həm də qarşı tərəfi günahkar çıxar.
Yılmaz Okukluya qarşı edilən bu təzyiqlər, onun sahib olduğu strateji ərazini ələ keçirmək və ya onu bazardan sıxışdırıb çıxarmaq cəhdi kimi dəyərləndirilməlidir. Məqsəd isə Türk investorunu bezdirərək geri çəkilməyə məcbur etməkdir. “Kristal” kimi iri tikinti nəhənglərinin kiçik və orta miqyaslı xarici investorları “udmaq” siyasəti Azərbaycan-Türkiyə qardaşlıq və biznes münasibətlərinin ruhuna tamamilə ziddir.
“Kristal” şirkətinin sahibi deputat Ağalar Vəliyevdir. Onun Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olması, əslində mövcud reallıqla daban-dabana ziddiyyət təşkil edən bir mənzərədir. Belə çıxır ki, Ağalar Vəliyev üçün dostluq qrupu üzvlüyü strateji bir maraq alətidir, reallıqda isə onun fəaliyyəti Azərbaycan-Türkiyə iqtisadi birliyinə xidmət etmək deyil, şəxsi mənfəəti naminə bu birliyə zərbə vurmaqdan ibarətdir.
“Kristal”ın bu özbaşınalığına sadəcə bir şirkət davası kimi baxmaq olmaz. Bu, Azərbaycanın biznes reputasiyasına vurulan ağır zərbədir. Aidiyyatı qurumlar “Kristal”ın bu dominant və qanunsuz müdaxilələrinə dur deməli, türk iş adamı Yılmaz Okukluya qarşı törədilən zorakılıq hüquqi müstəvidə ən sərt şəkildə cəzalandırılmalıdır. İnvestor qorunmalıdır, “Kristal”ın ambisiyalarına qurban verilməməlidir!/afn.az/шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026