Araşdırma (29-10-2021, 13:12)
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun "Diadem" MMC SEVGİSİ HARDANDIR?
"Təxminən 1 ay bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıt şəhəri ərazisində birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisini nəzərdə tutan layihə üzrə "Diadem" QSC ilə 43 milyon manat məbləğində müqavilə bağlayıb. Müqavilə üzrə tikinti işləri 21 sentyabr 2022-ci ildə başa çatacaq". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.
Bununla bağlı üç məqama diqqət yetirməyin vacibliyini vurğulayan iqtisadçı alimin sözlərinə görə, məcburi köçkünlərin işğaldan azad olan ərazilərdə məskunlaşması imkanları yarandığı halda onlar üçün Sumqayıtda istismara qəbulu 1 il bundan sonraya nəzərdə tutulan yaşayış məhəlləsi salınmasına ehtiyac yoxdur: "İkincisi, bu yaşayış məntəqəsində 1 məcburi köçkün ailəsi üçün 34621 manat xərclənməsi planlaşdılır. Halbuki, Böyük Bərpa planı üzrə Qarabağda tikilməsi nəzərdə tutullan evlər üçün orta hesabla 25 min manat xərclənəcəyi planlaşdırılır. Üçüncüsü, görünür ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişlərini 4 il bundan əvvəl yaranmış "Diadem" QSC (əvvəllər MMC) icra edir. Təkcə ötən ilin mart ayı ərzində "Diadem" QSC və ya MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən elan olunmuş bir neçə tenderin qalibi olub. Belə ki, MKSİF "Diadem"lə 13 mart 2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 saylı yaşayış binasının tikintisin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 28,36 milyon manat, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 saylı yaşayış binasının tikintisinin satınalması üzrə 30,92 milyon manat, 15 aprel 2020-ci il tarixində Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə isə 70 milyon manat məbləğində müqavilə bağlayıb. Sonuncu müqavilə üzrə 1 köçkün ailəsi üçün mənzil tikintisinə 60764 manat xərclənib".
Qubad İbadoğlu qeyd edib ki, ötən ilin 2 ayında MKSİF "Diadem"ə 151 milyon manat , bu il isə 43 milyon manat dəyərində sifariş verib: "Bu, hələ bizim bildiklərimizdir. Görəsən, MKSİF cəmi 10 manat nizamnamə kapitalı olan "Diadem" MMC-ni hansı yüksək keyfiyyətinə görə tenderlərinin "qalibi" elan edir?".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024