Sosial (14-12-2023, 17:54)
Ermənilərin dağıtdığı kəndi 900 min manata sökəcəklər
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən 2 tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Fondun keçirdiyi tender müsabiqələrinin qalibi “Amazone” MMC (VÖEN – 1402350191) olub.
Qalib şirkət Kəlbəcər rayonunun 487 ailəlik (birinci mərhələdə - 350 ailəlik) Zallar və 855 ailəlik (birinci mərhələdə - 547 ailəlik) Zar kənd yaşayış məntəqələrinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərini həyata keçircək.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Amazone” MMC-yə Zallar kəndinin söküntüsü üçün 353 min 581 manat 42 qəpik, Zar kəndinin söküntüsü üçün isə 900 min 50 manat 78 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Amazone” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 82C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.
Onu da bildirək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu daha əvvəl Cəbrayıl rayonunda 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kəndində analoji işlərin görülməsi üçün “Konsept Holding” MMC-yə 720 min 299,95 manat ödəyib.
“Konsept Holding” MMC 38,8 min ton tullantını 31 km məsafəyə daşıdığı halda, “Amazone” MMC 21,2 min ton tullantını 4 km məsafəyə daşıyacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024