Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 21:25)
Qarabağda bərpa, yoxsa biganəlik? Şəhid ailəsinin evində acınacaqlı vəziyyət-VİDEO

 
Azərbaycanda şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı daim ölkə başçısının xüsusi nəzarətindədir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında şəhid ailələrinin sosial müdafiəsinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. Məhz bu siyasətin nəticəsi olaraq azad edilmiş ərazilərdə və digər bölgələrdə şəhid ailələri üçün fərdi yaşayış evləri inşa edilir, mənzil şəraiti yaxşılaşdırılır.Lakin  bəzi hallarda bu ali siyasi iradə bəzi məmurlar tərəfindən yerlərdə məsuliyyətsizliklə, səhlənkarlıqla və keyfiyyətsiz icra ilə müşayət olunur.
Ağdərə rayonunun Həsənriz kəndində şəhid ailəsinə təqdim edilən fərdi yaşayış evi bunun bariz nümunəsidir. Birinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədov Oktay Surxay oğlunun ailəsi hazırda bu evdə ciddi problemlərlə üz-üzədir. Bu barədə Mediatv.az-ın redaskiyasına onun oğlu – Kəlbəcər rayonundan məcburi köçkün Məmmədov Dağbəyi Oktay oğlu məlumat verib.Onun sözlərinə görə artıq 6 aydır ki, Ağdərə rayonunun Həsənriz kəndində, 1581 saylı fərdi yaşayış evində məskunlaşıb. Lakin “təmir olunmuş və istifadəyə hazır” kimi təqdim edilən bu ev əslində yaşayış üçün yararsız vəziyyətdədir.Şikayətçinin bildirdiyinə görə, evin istilik sistemi mütəmadi olaraq sıradan çıxır. Qış aylarında ailə faktiki olaraq soyuq evdə yaşamağa məcbur qalır. Döşəmələr sökülüb, divarlarda rütubət və kəskin nəmişlik var, aboylar qopub. Yataq otağı kimi nəzərdə tutulan otaqda isə lambirin vurulması əks effekt verərək otağı daha da soyuq hala salıb. Bu “təmir” ailənin yaşayış şəraitini yaxşılaşdırmaq əvəzinə, vəziyyəti daha da ağırlaşdırıb. Evin istilik sistemi davamlı olaraq sıradan çıxır, qış aylarında yaşayış demək olar ki, mümkünsüz hala düşür. Döşəmələrin sökülməsi, divarlardakı rütubət və nəmişlik, otaqların düzgün izolyasiya edilməməsi “təmir olunmuş ev” anlayışı ilə ziddiyyət təşkil edir. Ən narahatedici məqam isə odur ki, bu evdə üç azyaşlı uşaq və xəstə bir ana yaşayır. Bu cür şərait təkcə sosial narazılıq yaratmır, eyni zamanda insanların sağlamlığı üçün birbaşa təhlükədir.
Məsələ ilə bağlı evi təmir edən AEF Group şirkəti dəfələrlə müraciət edilsə də, indiyədək ciddi nəticə olmayıb. Bu isə haqlı olaraq suallar doğurur:Keyfiyyətsiz iş görən şirkətlərə kim və necə nəzarət edir?
 Problemin kökü yuxarıda deyil, məhz icraçı qurumlarda və məsuliyyətsiz podratçı şirkətlərdədir.
Şəhid ailəsinə verilən ev sadəcə divar və damdan ibarət olmamalıdır. Əgər bu evlər keyfiyyətsiz təmir olunursa, deməli, kimlərsə şəhid ailələrinin haqqı üzərindən məsuliyyətsiz qazanc əldə edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
 Mediatv.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026