Karusel (Bu gün, 19:33)
Ləğv edilmiş qurum necə tender udub? - İLGİNC FAKT
Bakı Şəhər İcra Hakimiyyətinin Abadlaşdirma və Park-Bağ Təsrrüfatının İnkişaf Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tender keçirib.Tribuna.az xəbər verir ki, Birlik Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satınalınmasını reallaşdıracaq.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “VNM İNVEST” MMC olub. Tərəflər arasında isə 3 milyon 850 min 275 manatlıq müqavilə imzalanıb.
Bildirək ki, tender 09.01.2026-cı iləd baş tutub. Lakin məsələnin qəribə tərəfi odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Abadlaşdirma və Park-Bağ Təsrrüfatının İnkişaf Departamenti 17 oktyabr 2005-ci ildə ləğv edilib. Yaşıllaşdırma Birliyi isə onun hüquqi varisi elan edilib.
Qəribədir ki, ləğv edilmiş qurum necə tenderə qatılıb? Azərbaycan Respublikası yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə bir faktı niyə görməzdən gəlib?
Onu da qeyd edək ki, bu, Bakı Şəhər İcra Hakimiyyətinin Abadlaşdirma və Park-Bağ Təsrrüfatının İnkişaf Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ilk addımı deyil. Ötən ilin oktyabrında da tender keçirərək, eyni şirkətlə anlaşma əldə edib. Belə ki, bağ alətlərinin, avadanlıqlar və onların ehtiyat hissələrinin satınalınması ilə bağlı “VNM SERVİS” MMC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən birlik MMC-yə 570 min 170 manat ödəniş edib.
Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
13 01 2026
Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? – Araşdırma
13 01 2026
13 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026

























