Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 20:55)
Tovuz Xəstəxanasının aldığı odun yanacağı tibb məntəqələrini qızdırmaq üçündür, yoxsa kimlərinsə cibini…

 “Tovuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi səhiyyə müəssisələrinə odun yanacağının satınalınması üzrə birmənbədən satınalma metodu tətbiq etməklə 2 saylı Regional Meşə Təsərrüfatı mərkəzi ilə 11.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 17.12.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, müsabiqə satınalmaların portalında keçirilmədiyindən Tovuz rayon Mərkəzi Xəstəxanasının neçə kubmetr odun yanacağı alması barədə məlumat yoxdu. Həmçinin sözügedən  Xəstəxanasının bu odun yanacağını harada istifadə etməsi barədə də.
Məlum olduğu kimi respublikanın hər yerində olduğu kimi Tovuz rayonundada  qaz təsərrüfatının yenilənməsi həyata keçirilib. Hələ elektron mediada 2013-cü ildə yayılan məlumatlara görə işlər rayon mərkəzində yekunlaşdırılaraq kəndlərdə orta təzyiqli qaz xətlərinin çəkilməsi həyata keçirilib. Aparılan işlər çərçivəsində Tovuz rayonun yaşayış məntəqələrinin 85 faizi mavi yanacaqla təmin edilib. Həmin məlumatda qeyd edilir ki,  Tovuz Qaz İstismarı Sahəsinin xidməti ərazisinə daxil olan və Ermənistanla həmsərhəd olan kəndlərin, demək olar ki, hamısı mavi yanacaqla təmin olunub.
Göründüyü kimi hələ 2013-cü ildə Tovuz rayonundakı yaşayış məntəqələri qazlaşdırılıb.Ondan sonrakı illərdə də çox güman ki, qalan yaşayış məntəqələri də qazlaşdırılıb. Buradan sual yaranır. Tovuz rayon Mərkəzi Xəstəxanasının qədəri bilinməyən odun yanacağını harada istifadə edəcək.
Burada daha maraqlı bir məqam da var. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tovuz rayon Mərkəzi Xəstəxanası son beş il ərzində odun yanacağının alınması ilə əlaqədar heç bir satınalma proseduru keçirməyib. Yəni bununla bağlı satınalmaların portalında heç bir məlumat yoxdu.
Buradan yenə sual yaranır. Əgər Tovuz rayon Mərkəzi Xəstəxanası odun yanacağından istifadə edirsə əvvəliki illərdə nə üçün satınalma keçirməyib. Son beş ildə odun yanacağından istifadə olunmayıbsa 2025-ci ildə bu zərurət haradan yaradınıb?
Bu sualların isə tək cavabı odur ki, Tovuz rayon Mərkəzi Xəstəxanası son beş il ərzində odun yanacağının alınması ilə əlaqədar formal keçirdiyi kotirovka sorğularının nəticələrini satınalmaların portalına yerləşdirməyib. Nəticədə odun yanacağının alınmasına ayrılan vəsait təyinatından kənarlaşdırılıb.
Yuxarıda qeyd etdiyimiz məlumatdan da göründüyü kimi Tovuz rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Bu kəndlərdəki tibb məntəqələrinin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bəzi kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Tovuz rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq Tovuz rayon Mərkəzi Xəstəxanasının odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır.
Burada da o qənatə gəlmək olar ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının aldığı odun yanacağı tibb məntəqələrini isitmək üçün deyil, kimlərinsə ciblərini isitmək üçündür.
Qeyd edək ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının direktoru Paşa Muradovdur. O, 2013-cü ildən Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsini daşıyıb. 2021-ci ildə onun baş həkim vəzifəsindən azad olunması, hətta xəstəxanada təhvil-təslim işləri getməsi barədə məlumat yayılıb. Amma sonradan Paşa Muradov şəxsi əlaqələri vasitəsi ilə Xəstəxanasının direktoru vəzifəsinə əyləşməli olub.
Məqalə hazırlanarkən yeni məlumat daxil oldu. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında bildirib ki, “bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur”.
Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov da kəndlərdə tibb məntəqələrinin işləmədiyini dolayısı yollarla təsdiq edir. Bəs onda Tovuz rayon Mərkəzi Xəstəxanasının almaq istədiyi odun yanacağı nə üçündür? Təbii ki, aylarla qapıları açılmayan tibb məntəqələrinin qızdırılmasına yox, yuxarıda qeyd etdiyimiz kimi kimlərincə ciblərini isitmək üçündür.
 
Aktualinfo.netшаблоны для dle 11.2

Xəbər lenti
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
20 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025