Sosial (14-02-2024, 08:12)
Tender elanından 14 gün əvvəl yaranan şirkət indi də odun satır
Zərdab Rayon Mərkəzi Xəstəxanası odun almaq üçün tender keçirib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Blue Diamond” MMC (VÖEN – 5300722751) olub.
Zərdab Rayon Mərkəzi Xəstəxanası tender elanında 495 kubmetr odun yanacağı alacağını açıqlayıb. Tender müsabiqəsinin nəticəsi açıqlanan zaman məlum olub ki, Zərdab Rayon Mərkəzi Xəstəxanası “Blue Diamond” MMC-yə 6 min 370 manat ödəyəcək. Bu isə o deməkdir ki, Xəstəxana 1 kubmetr odunu 12,8 manata satın alacaq. Qeyd edək ki, bu qiymət mövcud bazar qiymətlərindən çox-çox aşağıdır. Müqayisə üçün onu da bildirək ki, Zərdab Rayon Mərkəzi Xəstəxanası 2022-ci ildə fərdi sahibkar Əhmədov Əli Kamran oğlundan (VÖEN – 5300413652) 550 kub metr odun yanacağını 30 min 525 manata (1 kub metr 55,5 manat) satın alıb.
Məsələ ilə bağlı açıqlama verən Zərdab Rayon Mərkəzi Xəstəxanasının məsul şəxsi Elburus Bədəlov bildirdi ki, onlar tenderin qalibi olan şirkətdən 100 kub metr odun (1 kub metri 63,7 manat) alacaqlar.
Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “Blue Diamond” MMC bu günə kimi fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olmağı bacarıb.
“Blue Diamond” MMC Zərdab rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olub. Yük maşınlarına əsaslı təmir xidməti göstərib və digər nəqliyyat vasitələri üçün ehtiyat hissələrini satıb. Bu xidmət və mallar üçün 36 min 5 manat 25 qəpik alıb. Bundan başqa “Blue Diamond” MMC Zərdab rayon Kommunal Müəssisələr Kombinatına 14 min 920 manat dəyərində 60 ədəd zibil konteyneri satıb.
Sabirabad Suvarma Sistemləri İdarəsinə 11 min 930 manat 30 qəpik dəyərində, Zərdab Rayon İcra Hakimiyyətinə isə 5 min 711 manat 80 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından cəmi 14 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan “Blue Diamond” MMC 5 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Zərdab şəhəri, Azərbaycan, ev 19, m 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədova Almaz Xidmət qızıdır. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024