Sosial / Slayd (11-03-2015, 11:58)
Deputatdan telekanallara sərt etiraz
“Azərbaycan telekanallarında bu gün şou-biznes əl-ayaq tutub yeriyir. Çal-çağırdan, şou-biznesdən savayı elə bil ki, mövzular yoxdur?!”
Bunu Milli Məclisin (MM) deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı deyib. Deputatın sözlərinə görə, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır:
“Hansı kanalı açırsan ancaq çal-çağır, şou biznesdir... Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram... Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır. Vallah, ayıbdır, bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə SMS göndərir...Ona görə belə düşünürəm ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var. Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda ”Sahibkarlıq saatı" adı veriliş yayımlanmalıdır, həmçinin “Kənd saatı” verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır. Eyni zamanda, telekanallarda hərbi vətənpərvərlik verilişləri olmalıdır. Baxın, Rusiya, Türkiyə kanallarında görün nə qədər hərbi vətənpərvərlik verilişləri var...Bizdə də bu təcrübədən istifadə olunmalıdır. Çünki biz müharibə vəziyyətində olan ölkəyik, xalqıq, biz müharibəni hələ başa çatdırmamışıq. Ona görə belə verilişlərə ciddi ehtiyac var..." - deyə, R.Quliyev daha sonra sözlərinə əlavə edib.
R.Quliyev reklamların dilinə xüsusi diqqət yetirilməsini zəruri sayıb: “Bizdə reklamlar hind dilindən tutmuş, portuqal dilinə kimi efirə verilir. Bu, düzgün deyil. Ancaq xarici-brend reklamlar var ki, onları yalnız xarici dildə vermək olar, qalanları ancaq Azərbaycan dilində, özü də çox səlis şəkildə olmalıdır”. Komitə üzvü Xanhüseyn Kazımlı çıxışında daha çox reklam qiymətlərinin tənzimlənməsi məsələsini önə çəkib: “Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə qiymətləndirmənin, qiymətlərin tənzimlənməsinə ehtiyac var, o cümlədən reklam sahəsində də”.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024