Sosial (13-03-2014, 10:41)
Millət vəkili təqdimat keçirdi
Samsun On Doqquz May Universitetində millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın həmmüəllifi olduğu Xocalı, Qaradağlı və Bağanıs Ayrım Soyqırımı kitablarının təqdimatı və imzalanması keçirilib.
“Mediatv.az” xəbər verir ki, Samsun On Doqquz May Universitetində keçirilən tədbirdə universitetin rektoru prof. Dr. Hüseyin Akan, prorektorlar, alimlər, ziyalılar və tələbələr iştirak edib. Təqdimat və imzalanma mərasimi zamanı Qənirə Paşayeva deyib ki, Türkiyə türkcəsində olan və sabiq millət vəkili Havva Məmmədova ilə birgə hazırladıqları “Hocalı soykırımı: tanıkların dilinden” kitabı Türkiyədə və dünyanın bir çox bölgələrində yaşayan türk gəncliyinə Xocalı Soyqırımı ilə bağlı daha geniş bilgilər vermək, onların bu soyqırıma doğru gələn tarixi, yaşanan faciələri, soyqırım günü yaşananları daha geniş öyrənməsinə nail olmaqdır. Millət vəkili bildirib ki, kitabda erməni terrorunu əks etdirən fotolar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, həmçinin həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları da oxucuya çatdırılıb