İcbari Tibbi Sığorta Agentliyi sərgidə iştirak üçün 66 min manatlıq xidmət alıb
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Medinex” tibbi innovasiyalar sərgisində iştirakla bağlı xidmətlərin satın alınması üçün müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, satınalma “AZİNTEREXPO” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Bağlanacaq müqavilənin dəyəri 66.678,9 manat təşkil edir.
Sazişə əsasən, şirkət sərgidə Agentliyin stendinin hazırlanması və tədbirdə iştirakla bağlı digər zəruri xidmətlərin göstərilməsini təmin edəcək.
Bildirək ki, “AZİNTEREXPO” MMC 2017-ci ildə “CONSTRUCTION ENGINEERING AND PROJECT MANAGEMENT” MMC adı ilə yaradılıb, 2019-cu il 28 dekabr tarixində isə adını dəyişərək indiki adını alıb.
Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ceyhun Manafov Cahangir oğludur.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevdir.























