Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:56)
“Landmark” bu dəfə Sahil Babayevin idarəçiliyinə keçdi - QİYMƏTLƏR BAHALAŞDI

 Bir müddət əvvəl Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3-cü binanın  “Aqrarkredit” QSC-ə satılması barədə xəbər vermişdik. 
 
Xatırladaq ki, “Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.
Gununsesi.info “Landmark” Biznes Mərkəzi sahiblərinin müxtəlif problemlərlə üzləşdiyi barədə məlumat yaymışdı.
Qeyd olunurdu ki, müxtəlif kommunal qurumlarda “Landmark”la bağlı sənədləşməyə “stop” qoyulub. Nəticədə xidmətlərin dayandırılması gözləniləndir.
Mərkəzin sahibi Eran Müdüroğölunun isə Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.
O, bir müddət əvvəl Biznes Mərkəzinin 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları üzə çıxarıb.
Problemlərin həllinə nail ola bilməyən iş adamı sonda “Landmark 3″ü satmağa məcbur qalmışdı.
 
Bu arada isə “Landmark”la bağlı Gununsesi.info-ya daha bir xəbər daxil olub.
Həmin xəbərə görə, həmin bina bu dəfə “Aqrarkredit”dən alınaraq maliyyə naziri Sahil Babayevin idarəçiliyinə verilib. Daha doğrusu Sahil Babayevə məxsus “Alterum”  şirkəti Landmark 3-ü sahiblənib.
 
Bununla belə əldə etdiyimiz məlumatda deyilir ki, bu biznes mərkəzi Sahil Babayevin himayəsinə keçdikdən sonra qiymətlər bahalaşıb.
 
“Landmark”kompleksində çalışan işçilərə binanın 9-cü mərtəbəsində yerləşən fitnes salonundan istifadə etmək pulsuz olsa da, yeni rəhbərlik bu xidməti pullu edib.
“Landmark”da yerləşən büdcə restoranları Snack & Salad və Nilüfərdə qiymətlər kəskin şəkildə qaldırılıb.
Yemək və xidmətin keyfiyyəti isə əvvəlkindən daha da pisləşib. Kompleksdə çalışan xidmət işçiləri yeni rəhbərlikdən narazıdır, amma işçilər səslərini çıxarmaqdan qorxurlar çünki rəhbərlik işçiləri maddiyyat ilə çıxarmaqla hədələyir. İş o yerə çatıb ki, həmin ətrafın ən keyfiyyətsiz kofe yerlərindən olan Dolce Pausa-da qiymətlər 7 manata qalxıb.
Əməkdaşlar Eran Müdüroğlu dövründəki şəraiti nostalji hisslərlə xatırlayırlar.
Hətta kompleksdə qiymətlər o qədər artıb ki, artıq orada heç bir təşkilat tədbirlər təşkil etmək istəmir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025