Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 15:16)
Ramiz Mehdiyevə “tost deyən” kim idi? - VİDEO

Bir neçə il öncə, 2020-ci ildə Azərbaycanda pandemiya ilə bağlı karantin elan olunduğundan, toy məclislərinin təşkili rəsmən qadağan edilmişdi.

Həmin dövrdə, yəni 2020-ci il avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın ozamankı prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdi. Novxanıda bağ evində keçirilən toydan görüntülər yayımlanmışdı. Hazırda Ramiz Mehdiyevin ev həbsi gündəmdə olduğundan, həmin toy da bir daha xatırlanır.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Videodan görünür ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov həmin toyda Ramiz Mehdiyevin şərəfinə “tost” deyib:

"Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz".

Pandemiya şəraitində toyların qadağan edilməsinə baxmayaraq, həmin mərasimdə iştirak edənlərin siyahısında tanınmış şəxslərin də adı yer almışdı.

“Cebheinfo.az” siyahını təqdim edir:

-Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, deputat Asif Əsgərov

-DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov

-SOCAR-da sektor müdiri Anar Orucov

- Sabiq baş prokuror Zakir Qaralov
- “Metropoliten”in sabiq rəisi Tağı Əhmədov
- Sabiq deputat Aqiyə Naxçıvanlı
- Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova
- Deputat Bəxtiyar Əliyev
- Ombudsman Səbinə Əliyeva
-Deputat Siyavuş Novruzov
- Sabiq rabitə naziri Əli Abbasov
- AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev.

Bu siyahıda adı çəkilənlərdən deputat Bəxtiyar Əliyev, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova toyda iştirak etmələri barədə yazılan xəbərləri daha sonar təkzib ediblər.

Qeyd edək ki, toy mərasimindən sonra sabiq deputat, R.Mehdiyevin kürəkəni İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Toyda iştirak edən qonaqlar isə cərimələniblər.

Toyda iştirak etdiyinə görə millət vəkili Siyavuş Novruzov, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə naziri Əli Abbasov, Azərbaycan Akademik Filarmoniyasının rəhbəri Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə cərimələnənlər arasında olub. Millət vəkili Siyavuş Novruzov YAP İcra katibinin müavini vəzifəsindən istefa verib.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025