Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 13:25)
Qanunda moped və velosipedlərlə bağlı nə dəyişir?

 “Son illərdə sürətlə artan mopedlərin, asma mühərrikli velosipedlərin və kiçik elektrik nəqliyyat vasitələrinin hüquqi statusunu müəyyənləşdirmək, onların qeydiyyatı və idarə olunması qaydalarını qanunvericilik səviyyəsində tənzimləmək əsas müzakirə məsələlərindəndir”.

Mediatv.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Uzun müddət bu nəqliyyat vasitələri ilə bağlı hüquqi çərçivələr qanunvericilikdə dəqiq müəyyən edilmədiyinə görə, nə tam şəkildə mexaniki nəqliyyat vasitəsi, nə də velosiped kimi qəbul olunurdu. Bu isə həm onların dövlət qeydiyyatında, həm də yol hərəkətində iştirak qaydalarında müəyyən boşluqlar yaradırdı. Təklif olunan dəyişikliklər həmin boşluqları aradan qaldırır, moped və oxşar vasitələrin yol hərəkətində iştirakı üçün hüquqi əsas formalaşdırır.

Eyni zamanda, bu dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir. Son illərdə, xüsusilə paytaxtda və böyük şəhərlərdə moped və elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması müşahidə olunur. Yeni tənzimləmələr bu vasitələrin idarə olunması üçün yaş həddinin, sürücülük vəsiqəsi tələbinin, texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən edilməsini nəzərdə tutur. Bu, həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə yönəlib”, - deyə millət vəkili qeyd edib.

Elçin Mirzəbəyli əlavə edib ki, bu dəyişikliklər konkret istiqamətin beynəlxalq təcrübəyə uyğunlaşmasına xidmət edir: “Avropa dövlətlərinin əksəriyyətində mopedlər və azgüclü mühərrikli nəqliyyat vasitələri ayrıca kateqoriya kimi qanunvericilikdə yer alır. Azərbaycan da bu istiqamətdə addım ataraq nəqliyyat idarəçiliyinin və hüquqi tənzimləmələrin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir.

Dəyişikliklərin əhəmiyyəti həm də ondan ibarətdir ki, onlar ekoloji baxımdan təmiz və enerji baxımından səmərəli nəqliyyat vasitələrinin istifadəsini təşviq edir. Beləliklə, layihə təkcə inzibati tənzimləmə məqsədi daşımır, həm də dövlətimizin “yaşıl enerji” strategiyasına xidmət edir.

Təqdim olunan dəyişikliklər bütövlükdə “Yol hərəkəti haqqında” Qanunun müasir dövrün reallıqlarına uyğunlaşdırılmasının, yol hərəkətinin təhlükəsizliyinin və idarəetmənin keyfiyyətinin yüksəldilməsinin təmin olunmasına xidmət edir. Bu isə öz növbəsində həm vətəndaşların məsuliyyətli davranışını stimullaşdıracaq, həm də ictimai təhlükəsizliyin səviyyəsini artıracaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025