Binəqədi rayonu, 28 May Qəsəbəsində yaşayan ikinci qrup Qarabağ əlili Həsənov Qurban İsa oğlu tərəfindən ünvanlanan müraciətdə deyilir ki, 5 ildir “Azəravtoyol” şirkətindən zəhmət haqqını ala bilmir:
“Mən, Həsənov Qurban İsa oğlu, bildirim ki, Ələtdə yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şirkətində işləmişəm. Tikinti briqadam var idi. İşi təhvil versək də, 5 ildir pulumu ala bilməmişəm. Məcbur qalıb, işçilərin pullarını özüm vermişəm.
Müdirimiz Əli adlı çəxs idi. “Azəravtoyol” şirkətinin tikinti işlərinə Bakıdan Yevlax şəhərinə qədər Əli müəllim rəhbərlik edirdi.
3 ay ərzində, demək olar ki, hər gün 140 km yol gedib-gəlmişəm. 4 min 200 manat pul verməlidirlər. İndiyədək ala bilmirəm.
Onu da qeyd edim ki, Əli müəllimin kürəkəninə min yüz manat borcum var. Bir yerdə işləmişik. Lakin puıumu ala bilmədiyim üçün onun borcunu da qaytara bilmirəm.
Əli müəllimin arxasında böyük vəzifəli şəxslər durur. Bu səbəbdən, rahat şəkildə işçinin haqqını tapdalayır. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, pulumun verilməsi üçün mənə kömək edilsin. Haqqım olanı istəyirəm”.