Sosial (Dünən, 22:55)
Talıb Əlixanbəyovun şirkətinə 6,4 milyonluq sifariş - Vergi borcu var, amma...

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) ATEF Şirkətlər Qrupu” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə 2 ədəd 100 MVA transformatorların satın alınması nəzərdə tutulur. Buna görə şirkətə 6 490 000 manat ödəniləcək.
ATEF Şirkətlər Qrupu MMC 20 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 33 892 585 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur.
ATEF 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Zavod 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı Yağ Transformatorları Zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində metal konstruksiya zavodu açılıb.
ATEF Şirkətlər Qrupunun sahibi kimi Talıb Əlixanbəyovun adı çəkilir. O, şirkətin Müşahidə Şurasının sədridır. Talıb Əlixanbəyov eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınında İdarə Heyətinin üzvdür.
ATEF Şirkətlər Qrupu ötən il xüsusilə külli miqdarda vergi borcu ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada gedən məlumatlarda qeyd edilir ki, şirkətin 10 milyon manat vergi borcu var. Borcun yığılması şirkətin maliyyə sıxıntısı yaşaması ilə izah edilirdi. Hazırda vergi sistemində ATEF-in 31 685,02 manat vergi borcunun olduğu göstərilir.
Deməli, şirkət maddi sıxıntıları arxada qoyub. Bununla belə, ATEF-in vergi borcu olduğu halda satınalma müsabiqəsinə buraxılması və hətta qalib elan edilməsi qanunvericiliyə ziddir.
Yeri gəlmişkən, "Azərenerji" ASC ilə ATEF arasındakı satınalma müqaviləsi birmənbə metodu ilə imzalanıb. Yəni, qurum tender keçirmədən sözügedən şirkətə 6,4 milyonluq sifariş verib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025