Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 21:48)
Gəncə 2 milyonluq yaşayış binası tikən şirkətlə bağlı qaranlıq məqamlar

 Gəncə Şəhər İcra Hakimiyyəti "Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Tikinti işlərinə görə şirkətə 2 000 000 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Reyhan Müəssisəsi” MMC 9 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Yardımlı rayonu Osnağaran kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Coşqun Valeh oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Vergi sistemində şirkətin 161 966,41 manat vergi borcunun olduğu göstərilir. 

Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Reyhan Müəssisəsi” MMC arasındakı satınalma müqaviləsi birmənbə metodu üzrə bağlanıb. Yəni, icra hakimiyyəti tender keçirməyib. 

Bu da müəyyən suallar yaradır. Ölkədə tikinti şirkətlərinin sayı-hesabı yoxdur. Yəni, "Reyhan Müəssisəsi” MMC satınalma predmetinə görə alternativsiz şirkət deyil. Bu halda birmənbə metodunu tətbiq etmək əlbbəttə ki, satınalmanın şəffaflığını sual altına qoyur. Biz hələ vergi borcu olan şirkətə sifariş verilməsini demirik. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovdur. O, 2018-ci ildə şəhərə rəhbərlik edir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025