Redaksiyamıza daxil olan məlumata görə Əliağa Vahid adına parkın bir hissəsi işbazlar tərəfindən zəbt olunaraq qanunsuz tikinti aparıldığı bildirilib.
Qeyd edək ki, şair Əliağa Vahidin doğulduğu Masazırda adını daşıdığı vətəndaşlar üçün salınmış parkda restoran-kafe açılması palnlaşdırılır.
Sakinlərin verdiyi məlumata görə hal-hazırda parkın içində restoran-kafe tikilir. Vətəndaşlar bildirir ki, asüdə vaxtlarında burada istirahət edib, uşaqlar əylənir. Lakin bu kafe olduqdan sonra bu parkda istirahətə gəlmək mümkün olmayacaq. Dövlət qurumlarında müraciət olunub lakin tikinti öz axarı ilə davam edir.
Qanunsuz tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini rayon icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı “əsasında aparıldığı iddia olunur.
Məsələ ilə bağlı Abeşron rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.
O, vəzifəyəyə təyin olunduqdan sonra rayon ərazisində qanunsuz tikinti işləri artıb.
Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.(xalq.online)
Həmin görüntüləri təqdim edirik: