Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 11:27)
Nəzarətsiz qalan özəl klinikalar morqa çevirilir: Teymur Musayev də tamaşa edir...

           
Nəzarətsiz qalan özəl klinikalar morqa çevirilir: Teymur Musayev də tamaşa edir...
“Premium Clinic” adlı özəl klinikada daha bir insan həyatını itirib. Çimnaz Bəşirova adlı 1986-cı il təvəllüdlü bir qadın, oktyabrın 7-də bu klinikada əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılacağı gün halı qəfil pisləşib və oradaca dünyasını dəyişib.

Vəssalam. Bu qədər. Nə məsuliyyət daşıyan var, nə hesabat verən. Nə də cavabdeh.

Bəs bu nə vaxta qədər belə davam edəcək?

Azərbaycanda insanların xəstəxanaya düşməsi artıq sağalmaq şansı yox, sağ qalmaq ehtimalıdır. Həkimə müraciət etmək ruletka oynamaq kimidir. Bəxtin gətirdi, sağ qalırsan. Bəxtin gətirmədi, bir sən gedirsən, bir də ölüm xəbərin gəlir.

Hamımız yaxşı bilirik ki, bu ölkədə əsasən özəl klinikaların çoxu pul qazanmaq üçün açılıb. Peşəkarlıq, etik kodeks, xəstə hüquqları, tibbi protokollar, bunların çoxu kağız üzərindədir. Amma real həyatda? Kim nə istəyir, onu da edir.

Sistemsizlik və məsuliyyətsizlik – ölüm səbəbinin əsl adı budur

Bəli, qadının ölümü rəsmi şəkildə “qəfil hal pisləşməsi” ilə qeyd olunacaq. Bəlkə də “təbii ölüm” yazılacaq. Amma bu ölümün arxasında qeyri-peşəkarlıq, səhlənkarlıq və bəlkə də cəzasızlıq var.

Əməliyyata kim icazə verib?
Xəstənin sağlamlıq durumu necə qiymətləndirilib?
Əməliyyat zəruri idimi?
Postoperativ nəzarət necə təşkil olunub?
Təcili yardım tədbirləri yerində və vaxtında görülübmü?

Heç bir suala cavab yoxdur. Çünki heç kim cavab verməyə məcbur deyil. Çünki sistem yoxdur.

Nazir hardadır?

Bu ölkədə minlərlə insan bu cür klinikalarda həyatını itirib. Amma Səhiyyə Nazirliyi hələ də reaksiyasızdır. Əcəba, Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu qədər ölüm faktına niyə münasibət bildirmir?

Niyə bu klinikalara lisenziya verilir və sonra nəzarətsiz buraxılır?

Niyə həkimlərin peşə uyğunluğu yoxlanılmır?

Niyə ölüm hadisələrindən sonra heç bir ictimai araşdırma, cəzalandırma, məsuliyyət olmur?

Yoxsa bu ölkədə vətəndaşın həyatının qiyməti bir kağız parçasından da aşağıdır?

Bilmirsiz, öyrənin... Türkiyədə və digər inkişaf etmiş ölkələrdə özəl klinikalar ən azı dövlət nəzarətindədir. Əməliyyatdan əvvəl konsilium keçir, xəstənin vəziyyəti təhlil olunur. Əgər hər hansı yanlış addım atılarsa, bu dərhal hüquqi və peşə məsuliyyəti ilə nəticələnir. Klinika nüfuzunu qorumağa, həkim peşə reputasiyasına görə titrəyir. Hər hansı ölüm halı dövlət qurumlarının və medianın ciddi araşdırma mövzusu olur.

Amma Azərbaycanda? Ayda az qala bütün qurumlardan və dövlətdən haqq alan saytlar sadəcə ölüm xəbərini tirajlayır, vəssalam. Hə, filankəs öldü, araşdırma aparılır, bitdi... Ölüm xəbəri gəlir və keçib gedir. Sanki bu ölkədə ölmək adi haldır.

Lisenziyalar necə verilir? Kimlərə verilir?

Azərbaycanda özəl klinika açmaq üçün tibbi təcrübəyə sahib olmaq vacib deyil. Sadəcə pulun olsun. Binanı kirayə götür, ad qoy, bir-iki yoldan keçəni həkim kimi təqdim et, vətəndaşı inandır və əməliyyata başla.

Səhiyyə Nazirliyi bu biabırçılığa göz yumur. Hər kəs sanki "necə gəldi yaşamaq" oyununa girib. Amma bu oyunun uduzanı vətəndaşdır.

Xəstəxanaya niyə gedirik – sağalmaq üçün, yoxsa ölməyə?

Bəli, bu sual artıq realdır. Xəstəxanaya getmək insanların qorxduğu bir şeyə çevrilib. İnsanlar artıq xəstələnməkdən yox, "həkimə düşməkdən" qorxur. Çünki səhiyyə sistemi şəffaf deyil. Çünki səhvlər bağlanır, cinayətlər ört-basdır edilir, ölümlər statistikaya gömülür.

Bu gün “Premium Clinic”də baş verən ölüm təkcə bir ailənin faciəsi deyil. Bu, ölkənin səhiyyə sistemindəki çöküşün daha bir simvoludur.

Klinikalar məsuliyyət daşımır.

Həkimlər qorunur.

Nazirlik susur.

Vətəndaşlar ölür.

Bu bir ölüm deyil. Bu, günahın sistemləşdirilməsidir.

Ədil Hüseynov
Live BLOG Bizimxeber.org
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025