Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 15:14)
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -Elektron satınalma olmadan, bir şirkətlə 2 müqavilə(?)!


Preparatların alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

 “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Publik Hüquqi Şəxs (PHŞ) “BİOVETAQRO” MMC ilə xüsusi preparatların alınması ilə bağlı iki müqavilə bağlayıb. Dəyəri 110.215 və 106.080 manat olan əməkdaşlıqla bağlı məlumat 15.09.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib...

Xatırladaq ki, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ 29 aprel 2025-ci ildə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında nizamnamə fondu 2.000.000 (iki milyon) manat olmaqla formalaşıb. Sanitariya və Texniki Təmizlik İdarəsindən Yenixeber.org-a bildirdilər ki, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ hazırda birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.

           ***

Tərəflər arasındakı hər iki müqviləni birləşdirən bir ortaq fakt var: bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ yuxarıda qeyd etdiyimiz işlər üzrə tender elan etmədən, bir mənbədən olmaqla “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlayıb.

Bu maraq doğuracaq faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: xüsusi preparatların alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf olaraq “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“BİOVETAQRO” MMC-nə niyə üstünlük verilib? Və s...                   

Biz Yenixeber.org olaraq, bu və digər suallarımıza cavab almaq istəyi ilə 16.09.2025-cil tarixdə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ-in İdarə Heyətinin sədri Heyran xanım Hüseynova-Kalendirə online rəsmi sorğu ünvanladıq.

Təəssüf ki, bu günə qədər sorğumuza cavab olmayıb. Səbəbu bizim üçün də naməlum olaraq qalır...Bəlkə, cavab yazmağa söz tapılmayıb...Bəlkə də, başları daha da ciddi işlərə qarışıb və bu səbəbdən də cavab yazmağa zaman ayırmağı uyğun bilməyiblər...Bəlkə də,...

Nə isə ümid edək ki, qarşıdakı günlərdə sorğumuz cavablandırılacaq və biz də daha detallı və geniş yazı hazırlaya biləcəyik.

        ***

“BİOVETAQRO” MMC ilə də bağlı durum maraqlıdır...Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi şirkətin nəinki saytı yoxdur, internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək də mümkün olmadı(?) Bircə o məlum oldu ki, şirkət gübrə və pestisidlərin təchizatı ilə məşğuldur.

Ötən ilin fevralında mediada yayılan məlumata görə, “BİOVETAQRO” MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə. Bu maddə ilə hüquqi şəxslərin cərimələnməsi 20.000-25.000 manat arasında nəzərdə tutulur.

                                 Və son əvəzi…

Hörmətli Heyran xanıma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulu heç bir məmura dədə-babasından qalmış əmanət də deyil ki, könülü istədiyi kimi xərcləsin!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeber.org)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
10 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025
9 10 2025