Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:20)
“Məlhəm” Hospitalında uşaq həkim səhlənkarlığından problemli doğulub - MƏSƏLƏ ARAŞDIRILIR...

Yazıçı, şair, publisist, kulis.az saytının baş redaktoru Ulucay Akif “Məlhəm Beynəlxalq Hospital”ının göstərdiyi xidmətlərdən narazıdır.

İqtisadiyyat.az xəbər verir ki, o, bacısı Gülənay Məmmədovanın hospitalda ilk övladının dünyaya gəldiyini, amma həkim səhlənkarlığından uşağın problemli doğulduğunu iddia edib.

Körpənin beynində ciddi problemlərin və sinir zədələnməsinin olduğunu söyləyən U.Akif deyir ki, kompüter tomoqrafiyasının nəticələrinə görə uşağın həyatda qalması qeyri-mümkündür. O, həm “Məlhəm Beynəlxalq Hospital”ın, həm də digər tibb müəssisələrinin həkimlərinin də bu qənaətdə olduğunu bildirib:

“Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm Beynəlxalq Hospital”ı özü bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır. Üstəlik, həkim doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir”.

U.Akif şikayətində iddia edib ki, bacısının 8 aylıq hamiləlik dönəmində hospitalda müayinələr zamanı bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməyib:

“Ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşda uzun müddət əvvəl - daha dəqiq desək, avqustun 3-də hamiləliyin ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi. Uzun sözün qısası, hazırda “Məlhəm Beynəlxalq Hospital” bizə sözün hər mənasında əzab yaşadır. Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə içəridə, biz isə bayırda əziyyət çəkirik”.

Aidiyyatı qurumlardan bu məsələnin tam araşdırılmasını və hüquqi yolla həll edilməsini xahiş edən şikayətçi artıq prokurorluğa ərizə ilə müraciət etdiklərini söyləyib.

İqtisadiyyat.az sözügedən şikayətlə bağlı “Məlhəm Beynəlxalq Hospital” ilə əlaqə saxlayıb. Bildirilib ki, hospitalın rəhbərliyi sözügedən şikayətdən xəbərdardır və bununla bağlı açıqlamaları olacaq.


шаблоны для dle 11.2

Xəbər lenti
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025