Xocavəndin Hadrut qəsəbəsində İnfrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri görüləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərə 4 milyon 630 min 888 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən işlərə "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi nəzarət edəcək.