Sosial (Bu gün, 12:23)
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “İNŞAAT SERVİS-2” MMC ilə 974.023,15 manat məbləğində satınalama müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 07.07.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində olan publik hüquqi şəxs statuslu bkir qurumdur. Prezident İlham Əliyevin 2019-cu il 19 mart tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.
Qeyd edək ki, sözügedən qurum son illər Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinə dair bir çox satınalma keçirib ki, onların çoxunda “İNŞAAT SERVİS-2” MMC olub. Tərəflər arasında 12.07.2021-ci ildən 07.07.2025-ci ilə qədər 10 satınalma müaviləsi bağlayıb. Satınalmaların portalındakı məlumatlarda bu müqavilələrin ümumi dəyəri 17 295 433 manat təşkil edib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İNŞAAT SERVİS-2” (VÖEN: 1001716061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.08.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev.40 A, m.17, qanuni təmsilçisi kimi isə Aslanov Vüqar Məzahir oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərdən məlum olur ki, “VETEKS” Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 10.09.2019-cu ildə adını dəyişərək “İNŞAAT SERVİS-2”-ə çevrilib. Vergi öhdəlikləri üzrə 2009-2024-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə 5294.25 manat vergi borcu var.
Bəs “İNŞAAT SERVİS-2” MMC-nin qanuni təmsilçisi olan Vüqar Aslanov kimdir, haqqında nə kimi məlumatlar var. Medianın yaydığı məlumatlarda bildirilir ki, Veteks 2017” MMC – nin sahibi də korrupsiyada ittiham olunur. Qeyd olunub ki, Rayon İcra Hakimiyyəti Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə 2017-ci ildə ayırdığı 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq büdcə vəsaitini 2016-cı il 11 noyabrda dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi ev 24 və nizamnamə kapitalı cəmi 10 (on) manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Hətta iddia edilir ki, “Veteks 2017” MMC-nin sahibi Vüqar Aslanovun adı anti-korrupsiya idarəsində, məhz elə həmin 1 milyon 600 min manat dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan cinayət işi üzrə istintaq materiallarında keçir. Məhz bu üzdən də Vüqar Aslanovun bu yaxınlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sorğulanacağı bildirilir.
Qeyd edək ki, “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti 8 saylı Ərazi Vergilər İdarəsində 11.11.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırkı günə 84187.29 manat vergi borcu var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qanuni təmsilçisi kimi Vüqar Aslanovun adı olmasa da, mediada yer alan məlumatlarda onun adı hallanır.
Bundan əlavə hələ 2021-ci ilin noyabrında mediaya müraciət edən Gəncə şəhər sakini bildirir ki, raketin zərbəsindən dağılmış evimə dəfələrlə müxtəlif tərkibli komisiyalar baxış keçirib.Həm də təmir olunması üçün qeydiyyata da alıblar.Müharibənin bitməsindən 1 il keçsədə bu günə kimi “İnşaat Servis-2” MMC vətəndaşın evini təmir etmir.Hər dəfə iş icraçısı Mahir adlı şəxs bizi aldadaraq günü-günə satır.
Bütün bu məlumatlardan da göründüyü kimi Vüqar Aslanovun rəhbərlik etdiyi, başında durduğu şirkətlərin adı bir çox şübhəli satınalmalarda hallanır. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin “İnşaat Servis-2” MMC ilə uzun illərdir qurduğu bu işbirliyinin arxasında şübhəli məqamlar olmamış deyil.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevdi. O, bu vəzifəyə 28.12.2021-ci ildə təyin olunub. Onun fəaliyyəti ilə bağlı sosial şə bəkələrdə və elektron mediada çoxsaylı şikayətlər və iddialar yer alıb.
Aktualinfo.org

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025