Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:33)
Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov 2‐ci qrup müharibə əlilinin ölümünə səbəb olub? İDDİA/ŞİKAYƏT

Şikayətçi Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu ölkə rəhbərinə müraciət edərək yazır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: TEREF - Nurəddin Xocanın bloqina

Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən.

(Mərkəzi Klinika'nın həkim‐kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri, Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən bu günə kimi tədbirsiz, nəticəsiz qalaraq öz şəxsi marağı xatirinə ört‐basdır edilir)

Açıq — M Ü R A C İ Ə T

Hörmətli Prezident, cənab İlham Əliyev!

Məlumat üçün diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, 2‐ci qrup müharibə əlili (Əfqanıstan), atam Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyi'ndən əziyyət çəkdiyinə görə, 18 aprel 2025‐ci il tarixdə səhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanası'na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinika'nın həkim‐kardioloqu Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına "angioplastika üsulu ilə stent yerləşdirildikdən sonra" təkrar tibbi müayinədən keçməsini həm şifahi, həm də, atam Qabil Zeynalova ürək xəstəliyi ilə bağlı ilkin olaraq təyin etdiyi 19 aprel 2025‐ci il tarixli, 552,227,721 nömrəli müalicə reseptində yazılı formada bildirmişdir.

26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimiz və onların köməyi ilə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün gətirilsədə, lakin, Firdovsi İbrahimov 2‐ci qrup müharibə əlili, atam Qabil Zeynalova yardım göstərməkdən imtina edərək, onu bilərəkdən hikkəsi və inadkarlığı ilə qərəzli olaraq "əlil arabasında" əlacsız, köməksiz vəziyyətdə qoyaraq birbaşa ölümünə səbəb olmuşdur.

Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal həmin hadisə baş verən günü Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat verməklə yanaşı, eyni zamanda müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazaraq, hərgah gələcək də, atam Qabil Zeynalovun başına hər hansı bir xoşa gəlməz hadisə gələrsə ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, Firdovsi İbrahimov ilə bağlı heç bir ölçü götürülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişdi.

Mərkəzi Klinika'nın həkim‐kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri və ən əsası da bu barədə əlimdə olan yetərincə əsaslı sübutedici danılmaz faktların olmasına baxmayaraq, (video görüntülər, səs yazıları və digər əsaslı sübutedici sənədlər və s...) Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən bu günə kimi tədbirsiz nəticəsiz qalaraq öz şəxsi marağı xatirinə ört‐basdır edilir.

Odur ki, Mərkəzi Klinika'nın həkim‐kardioloqu Firdovsi İbrahimovun 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğluna qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli əməlləri barədə məndə olan rəsmi faktları Sizə çatdırmağım üçün məni şəxsən qəbul etməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə, Mabəddin Zeynalov
TEREF olaraq şikayətdə iddia olunan məqamlarla bağlı adları çəkilən qurum və şəxslərində mövqeyini dərc edə bilərik!

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025
3 07 2025