Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:31)
Sabahdan bu ödənişlərdə ƏDV-nin yarısını geri almaq mümkün olacaq – Deputat açıqladı

“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələrin cəlb olunması ilə bu sektorun inkişafını stimullaşdırmaqdır.
Eyni zamanda, bu dəyişikliklər mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Mediatv.az  xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq.
“Yəni mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq. Digər dəyişiklik isə mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən isə 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq, əvvəlki 75 faizdən 90 faizə qaldırılıb. Mövcud qanunvericiliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə edilib,” – iqtisadçı izah edib.
шаблоны для dle 11.2

Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025