Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi dəftərxana mallarının alınması üçün "ZN TRADE" MMC ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, bağlanan müqavilə 73.380,83 AZN məbləğindədir.
Sənədlərə əsasən, alınacaq məhsullar arasında akvarel boya dəsti (24 rəng), rəsm albomu, lazerli göstərici çubuq, batareya, dəftərlər (A4 və spirallı A5), dəftərxana bıçağı, rezin, sancaqlar və hətta "dard" oyunu da yer alır.
Tenderin qalibi olmuş şirkətin — "ZN TRADE" MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Nüsrəddin Kərimov Yolçu oğludur.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin aprelində bu vəzifəyə təyin olunub.