Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:41)
Ağsu Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir? -ŞİKAYƏT

media-agg

Ağsu rayon sakini redaksiyamıza müraciət edərək, rayon mərkəzi xəstəxanasında yaşanan vəziyyətlə bağlı narazılığını bildirib.
Şikayətçinin sözlərinə görə, dəfələrlə müraciət etməsinə baxmayaraq, xəstəxana rəhbərliyi və TƏBİB tərəfindən heç bir tədbir görülməyib.
 “Xəstəm olduğuna görə demək olar ki, tez-tez Ağsu Rayon Mərkəzi Xəstəxanasına getməli oluram. Təəssüf ki, hər dəfə eyni mənzərə ilə qarşılaşıram. Xəstəxananın direktoru Gülnarə Muxtarovanın ardıcıl iclas keçirməsi səbəbindən, xəstələr uzun müddət xəstəxana koridorlarında gözlədilir. Bu barədə iki dəfə şəxsi sosial media hesablarımda yazı paylaşmışam. Lakin görünür ki, yazdıqlarımdan cənab direktor Gülnarə xanım heç bir nəticə çıxarmayıb.”

Şikayətdə qeyd olunur ki, bu vəziyyət təkcə bir nəfərin deyil, bütün rayon sakinlərinin narahatlığına səbəb olur:

 “Hörmətli Gülnarə xanım, xəstələrin saatlarla koridorda gözlədilməsi nə sizə, nə də TƏBİB-ə başucalığı gətirir. Bu yanaşma nəticəsində rayon sakinləri dövlətə qarşı narazı salınır, vətəndaş-dövlət münasibətlərinə xələl gəlir. İnsanlar dərdini, problemini unudub, xəstəxana divarları arasında zaman itirir.”

Şikayətçi onu da vurğulayır ki, bu vəziyyət sadəcə bir idarəçilik problemi deyil, həm də dövlətin mahiyyətinə təsir göstərən məsələdir:

 “Azərbaycan dövləti, vətəndaşların xəstəxana koridorlarında təhqir olunması üçün qurulmayıb. Bu ölkənin formalaşması uğrunda on minlərlə şəhid verilib. Dövlət müqəddəsdir. Əgər vətəndaş dövlətə olan ümidini itirərsə, bu, dövlətin öz varlığını itirməsi deməkdir.”

Sonda şikayətçi Ağsu rayon sakini Anar Rəsullu aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini, Ağsu Rayon Mərkəzi Xəstəxanasında idarəçilikdəki nöqsanların aradan qaldırılmasını xahiş edir.(xalq)

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025