Sosial / Slayd (18-06-2025, 14:35)
Kəngərliyə növbəti köç karvanı yola salındı

Xəbər verilir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025