Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:06)
Fövqəladə Hallar Nazirliyi və Xətai Rayon İcra Hakimiyyəti məsələyə müdaxilə etməsə…

“Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev şəxsən özü üzləşdiyimiz problemi ciddi şəkildə nəzarətə götürməlidir”
Tezadlar.az-a Bakı şəhəri, Xətai rayonu  Məhəmməd Hadi küçəsi, ev 7, mənzil 53 ünvanında yaşayan Quliyeva Aysel Qalib qızının şikayət ərizəsi daxil olub.
Hər bir Azərbaycan vətəndaşının toxunulmaz, ayrılmaz hüquq və azadlıqları olduğunu xatırladan şikayətçi A.Quliyeva, eyni zamanda, yaranışından kamil olan insanın sərbəst yaşamaq hüququnun təmin edilməsi ilə bərabər, Konstitusiya və qanunlara əməl etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək öhdəliyinin mövcudluğunu qeyd edir: “Bu üzdən də hesab edirəm ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev şəxsən özü üzləşdiyimiz problemi ciddi şəkildə nəzarətə götürməli, günümüzün tələbləri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikasına kölgə salan bu kimi mənfi hallar təcili surətdə aradan qaldırılmalıdır. Həmçinin, baş verənlərlə bağlı öz vəzifə səlahiyyətlərini aşma və yaxud, layiqincə yerinə yetirilməməsi ilə bağlı hər bir məmurun əməyinə hüquqi qiymətin verilməsi vacibdir.



Ərizəyə əlavə olunmuş fotoşəkillərdən də görünür ki, yaşadığımız binanın giriş hissəsində və zirzəmisində dəhşətli dərəcədə antisanitariya hökm sürür. Tullantı sularının yığıldığı zirzəmidə yuva salan ağcaqanadların və pis  qoxunun əlindən binaya daxil olmaq, liftdən rahat istifadə etmək, körpə uşaqların belə, mənzillərdə rahat şəkildə yaşaması mümkünsüz hala gəlib. Ağcaqanadların  və üfunətin insan sağlamlığına vurduğu ziyandan və yaratdığı fəsadlardan söz açarkən, insanı dəhşət bürüyür və hesab edirik ki, sözügedən yaşayış binasının digər giriş hissələrində görüntü naminə bəzi kosmetik işlər görüb, problemi diqqətdən kənarda saxlamağın müvəqqəti xarakter daşıdığını cavabdeh  qurumlar nəzərə almalı və mövcud problem ədalətli şəkildə kökündən həll edilməlidir. Fövqəladə Hallar Nazirliyi Xətai Rayon İcra Hakimiyyəti ilə birgə danışıqlar aparıb, məsələyə müdaxilə etməsə, gələcəkdə daha böyük təhlükələrlə üz-üzə  qalacağımız istisna edilmir. Xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, səsimizi lazımi qurumlara çatdırımaq məqsədilə sakinlərin ümumi yığıncağında aparılan danışıqlar zamanı müəyyən müzakirələr aparılaraq, hazırkı durumun media vasitəsilə gündəmə gətirilməsi, ictimailəşməsi nəzərdə tutuldu.
Hörmətli redaksiya! Məhz dövlət başçımızın rəhbərliyi altında müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının genişləndiyi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması istiqamətində görülən tədbirlərin həyata keçirildiyi bir zamanda, xahiş edirəm ki, baş verənlərə hüquqi qiymətin verilməsi və yaşadığımız ünvanda çoxsaylı sakinlərin xahişini nəzərə alaraq, mənim adımdan edilən müraciət əsasında mövcud antisanitariyanın aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi üçün şikayətimi ictimailəşdirəsiniz.
İnanıram ki, bu şikayətimdən sonra aidiyyəti üzrə qurumlar hərəkətə keçəcək və bununla da böyük sayda insanların yaşadığı yaşayış binası gələcəkdə yarana biləcək təhlükələrdən və xəstəliklərdən qurtulmuş olacaq.
Sizə əvvəlcədən bütün bina sakinləri adından dərin minnətdarlığımı bildirirəm”.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tezadlar.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
17 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025