Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 16:12)
Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib? - Yenilənib


xalasi-oglunu-direktor-yeznesini-ozune-muavin-teyin-edib

Mediatv.az  Tribunainfo.az-a istinadən xəbər verir ki, Fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.

Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.

Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.

Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.

***

DSMF-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

“DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.

Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.

Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qayınatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.

Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər”.

Fotoda Zəka Mirzəyev

Fotoda Şahin Əliyev

Fotoda Mail Məmmədov

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
26 05 2025