Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:48)
Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?

        
 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... -
Hər il 17 iyun tibb işçilərinin peşə bayramı günündə bir qrup səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Lakin bu medalın kimlərə hansı xidmətlərinə görə verilməsi ilə bağlı şübhələr yaranıb.

Adıçəkilən döş nişanının verilməsi məsələsilə əlaqədar səhiyyə işçilərinin öz arasında belə, narazılıqlar var.

2024-cü ildə də tibb işçilərinin peşə bayramı günü münasibətilə bir neçə nəfər “Səhiyyə əlaçısı” adına layiq görülüb. Nazirin əmrində bu döş nişanını alanlar arasında diqqət çəkən adlar olub. Məsələn, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov və başqaları.

Bu adlar uzun illər səhiyyə sahəsində xidmət etmiş şəxslərin narazılığına səbəb olub. Məsələ burasındadır ki, Əsasnaməyə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Əsasnamənin başqa bir bəndində göstərilib ki, bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər pul da da verilir.

İstər Tural Babayev, istərsə də Pərviz Əbubəkirovun səhiyyə sahəsindəki xidmətləri 10 ildən azdır. Aparat rəhbəri olan Tural Babayevin səhiyyə sistemindəki fəaliyyətinin 3 ili tamam olmayıb. Pərviz Abubəkirov isə 7 ilə yaxındır nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Adları şəkilən şəxslərin hansı səbəbdən Əsasnaməyə zidd olaraq, “Səhiyyə əlaçısı” adına layiq görüldükləri məlum deyil.

Pərviz Əbubəkirov 2018-ci ildə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri təyin olunmamışdan əvvəl jurnalist fəaliyyətilə məşğul olub. O, ANS telekanalında “Cinayət işi”, İctimai Televiziyada “Qanundan kənar” proqramlarının aparıcısı olub. Səhiyyə Nazirliyinə gələndən sonra isə o, mediaya qapalı olduğuna görə jurnalistlərin ən çox şikayətləndiyi mətbuat katiblərindən birinə çevrilib.

Tural Babayev isə 2022-ci ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl Səhiyyə naziri Teymur Musayevin müşaviri olub. Ondan da öncə – 2021-ci ilə qədər Dövlət Vergi Xidmətində çalışıb.

Əsassız mükafatlandırmalar nəticəsində edilən ödənişlər dövlət büdcəsinə 100 min manatdan çox ziyan vurur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.

"DİA-AZ"
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025