Onu əməliyyat edən həkim Kəmalə Mirzəyeva sözüsn əsl mənasında Lətafət Məmmədovaya cəhənnəm yaşadıb.
Artıq bir ildir ki, Lətafət Məmmədova xəstəxanaların qapısında qalıb. Onu əməlliyat edən həkimin səhvi nəticəsində Lətafət Məmmədova bir ildir ki, nəfəs ala bilmir və ürəyində ciddi problemlər yaranıb. Bundan sonra şikayətçi ölkə başçısı İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya şikayət ünvanlayıb. Bundan sonra sonra TƏBİB və Səhiyyə Nazirliyindən Lətafət Məmmədovaya bildirilib ki, bu əməliyyat dövlət xəstəxanalarında icra edilmir. Şikayətçi bildirir ki, bir ildir “Med Aura” klinikasının baş həkimi Nigar xanım və həkim Kəmalə Mirzəyeva mübarizə aparır. Biz də məsləninin mahiyyətini anlamaq üçün “Med Aura” klinikasının baş həkimi Nigar xanımla əlaqə saxladıq. Nigar xanım bildirdi ki, onlar da Lətafət Məmmədovanın həkimin apardığı uğursuz əməliyyatın qurbanı olduğunu bilir.
“Biz həkim Kəmalə Mirzəyeva haqqında Baş prokurorluğa və Nəsimi rayon prokurorluğuna şikayət ünvanlamışıq. Hal-hazırda həkimlə bağlı araşdırmalar aparılır.”-deyə klinikanın baş həkimi bildirib.
Şikayətçi Lətafət Məmmədova bildirir ki, həkim Kəmalə Mirzəyeva ümümilikdə 34 nəfəri əməliyyat edib və bütün xəstələr acı nəticə ilə üz-üzə qalıb.
“Mən də olan məlumata görə hətta Kəmalə Mirzəyevanın diploma da olmayıb. Amma o 34 nəfəri əməliyyat edib. Mənə 10 min manata qədər maddi ziyan dəyib. Bu günə qədər müalicə alıram və əmək fəaliyyətim itib.Bu günə qədər mənim problemlərim həll edilmir. Məsuliyyət daşıyanlar isə qaçıb gizləniblər”- deyə şikayətçi bildirib.(vətəninfo.az)
Mövzuya qayıdacayıq.