Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-11-2024, 19:12)
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir

        
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" -
Tanınmış aparıcı İdris Cəfərov Dövlət Gömrük Komitəsi ilə bağlı araşdırma aparılmasını tələb edəcək.

Pravda.az xəbər verir ki, o, xaricdən qayıdarkən üzləşdiyi maneələri sadalayıb.

“Bakıya qayıdanda çox maraqlı faktla rastlaşdım. Dubaydan gəlirdim. Hamınız bilirsiniz ki, Dubaya mal aparıb-gətirənlərə “dəvə” deyirlər... Təyyarənin 60-70%-i “dəvələrdən” - mal daşıyan insanlardan ibarət idi. Azərbaycan qanunvericiliyinə görə, bir vətəndaş ölkəyə geri dönərkən 800 dollar məbləğində özü üçün fərdi alış-veriş edə bilər. Gömrükdə hamının baqajı çıxdı, mənimlə bərabər 5-6 nəfərin baqajı isə çıxmadı. Onlar da turist kimi gedən insanlar idilər. Sonda bizim baqajlar xüsusi qırmızı lentlərlə gəldi, guya içində nəsə var. Çantamda 6 kilo xurma, 4 qutu şokolad, içi çərəzli xurma, oxumaq üçün elektron kitab, tozsoran, 3 ədəd təbii sabun, 3 ədəd ətir var idi, vəssalam. Bütün bunların qiyməti 800 dolları keçmir. Fikir verdim ki, mənimlə birgə çantasına qırmızı lent yapışdırılan insanların da çantasında heç nə yoxdur. Halbuki ölkəyə bizim reyslə, təxminən, 150 telefon, 50 notbuk, nə lazımdırsa, daxil oldu, heç kimə qırmızı lent yapışdırılmadı. Belə başa düşdüm ki, sadə vətəndaşların çantasına iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar. Hamımızı "qırmızı xətt"ə saldılar. On gün pulumu xərcləyib istirahət etmişəm, burnumdan gəldi... Maraqlısı budur ki, mal gətirənlər yaşıl dəhlizdən keçdilər. Məndən əvvəlki sərnişin pərdə gətirmişdi, telefon gətirməyib. Telefon gətirənlərdən heç kimi "qırmızı xətt"ə salmadılar. Onlar telefonu bəyan etdilər, 36% vergisini ödəyəcəklər. Bəs onların özləri üçün gətirdikləri mal da var axı... Yoxlama imitasiyası gedə-gedə real gələn mallar ölkəyə daxil olur. Bu sistemin başı haradadır? Soruşdum ki, çantama qırmızı lent nəyə görə yapışdırılıb? Gömrük əməkdaşı dedi ki, xüsusi baxış keçirilməlidir. Dedim ki, problem yoxdur, xurmalara baxmaq istəyirsiniz? Dedi ki, sizi tanıyıram, İdrissiniz, gedə bilərsiniz. Sağ olsunlar hörmət edib, buraxıblar. Məsələ bunda deyil ki, mən ölkəyə nəsə gətirmişdim. Bu müraciəti adi vətəndaş kimi edirəm. Burada nəsə situasiya var və bu situasiyadan çıxmaq üçün adi insanların səbrindən, əsəbindən, mədəniyyətindən istifadə edirlər. Mən də bu mexanizmin iyrənc bir hissəsi oldum. Yolda keçirdiyim vaxtdan əlavə 1 saat da itirmişəm. Bir saat ərzində isə bütün “dəvələr” hamısı keçir, heç kim onları görmür. Nə baş verir? Mənə bu məsələnin açıqlaması maraqlıdır. İşlərini görürlər, amma lazım olmayan adamlarla, adi vətəndaşları incidərək, narahatlıq törədərək. Əvvəlki rəhbərliyin dövründə nə baş verirdi? Məsələn, Ukraynadan bir nəfər gələcəksə, əvvəlcədən gömrüklə danışırdı. Növbədəki işçi öz növbəsinin olduğunu xəbər edirdi, həmin insan da çantanı doldururdu, yaşıl dəhlizlə keçirdi, növbədəki Ərəstun (şərti ad-red) da buna göz yumurdu. Buna görə də bir çanta üçün növbədəki gömrük işçisinə 500 dollar verirdilər... Mənə demişdilər ki, Dubay reysi iyrənclikdir, burnundan gəlir. Xaricdə xoş gün keçirib, istirahət edib, Vətənə qayıtdıqdan sonra 1 saat yarım vaxtımı niyə aldılar? Kimsə pul qazanır, sxem qurur, mən isə vətəndaş kimi incidilirəm. COP29-dan sonra bu məsələ ilə bağlı daxili istintaqın açılmasına çalışacağam” - o qeyd edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024