İqtisadiyyat (9-02-2022, 15:32)
Sosial şəbəkədə ticarət edənlər vergi ödəyir? - Ekspert danışır
Məlum olduğu kimi, son zamanlar onlayn ticarət dövriyyəsi kəskin artıb.
Bu artımı həm də pandemiya ilə əlaqələndirilər. İnsanlar vaxt itirmədən, texnologiyanın imkanlarından istifadə edərək istədikləri məhsulu onlayn şəkildə ala bilirlər. Bunun üçün internetdə sərgilənən məhsulun pulunu ödəyib, sadəcə, həmin məhsulu göstərdiyiniz ünvana sifariş etmək lazımdır. İstər xarici ölkələrdən, istərsə də ölkəmizdə fəaliyyət göstərən elektron platformalardan onlayn qaydada alış-veriş etmək mümkündür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, 2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68% artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda $7 mlrd.-dan çox onlayn alğı-satqı reallaşdırılıb. Bu, 2020-ci illə müqayisədə $3.32 mlrd və ya 68% çoxdur.
Bəs onlayn alış-veriş zamanı vergi ödənilməlidirmi?
Mediatv.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, onlayn ticarət zamanı onlayn ticarətdən yararlananlar vergi ödəməlidirlər:
“Bunun üçün müəyyən vergilər nəzərdə tutulub. Fikrimcə, onlayn alış-verişin digər alış-verişdən fərqi yoxdur. Hansısa əşyanın onlayn, yaxud gedib mağazadan alınmasında ciddi fərq görmürəm. Onlayn alış-verişdə vergi tətbiqində problem olmamalıdır. Çünki onlayn alış-verişin üstünlüklərindən onsuz da həmin tərəflər istifadə edirlər. Onlayn vasitəsilə satış edənlər ucuz biznes tapıblar. Çünki hansısa məhsulu satmaq üçün dükan açmalısınız, icarəyə yer götürməlisiniz, icarə haqqı ödəməli və vergi verməlisiniz. Onlayn alış-veriş zamanı isə bunların heç birini etmirsiniz. Amma məhsulunuzu satırsınız. Belə olduqda, niyə dövlətə vergi ödəməməlisiniz? Düşünürəm ki, onlayn satışla məşğul olanlar vergi verməlidirlər”.
Qeyd edək ki, 2020-ci ilin sentyabrından fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə xaricdən mal sifariş edə bilərlər. 2020-ci ilin sentyabrınadək bu məbləğ 1000 dollar idi. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Azərbaycan vətəndaşı şəxsi istehlak üçün internet üzərindən alış-veriş edərkən ay ərzində ölkəyə ümumi məbləği 300 dollardan artıq olmayan mal gətirə bilər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024