Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-11-2024, 19:00)
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı?

“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı?
Son vaxtlar rəsmi qəbullarda “Sirab” şirkətinin istehsalı olan eyniadlı içməli suyun görünməməsi maraq doğurub. Bu məqama diqqət edən müşahidəçilər “Sirab”ın ali qəbullardan nə üçün yığışdırıldığına dair suallar verirlər.

Neçə illərdir ali rəsmi görüşlərdə əsasən iki firmasının suları masaya qoyulurdu: “Badamlı” və “Sirab”. Bir neçə ay öncə bazara girən “İstisu” da qəbullardakı masalarda görünməyə başladı. Media bunu pozitiv şəkildə təqdim etdi. Çünki “İstisu” işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində istehsal olunur. Cəmiyyətdə bunun daha çox mənəvi tərəfi müsbət emosiya yaratdığından, diqqət çəkmişdi.

Sonra isə “Sirab” sirli şəkildə ali tədbirlərdən yığışdırıldı. Hazırda bu firmanın istehsal etdiyi sular kütləvi tədbirlərdə iştirakçılara təklif edilir. Bu da o qədər prestijli sayılmır. Prezidentin keçirdiyi qəbullarda stolun üstündə olan sular həm də həmin firmaların etibarlılığına, mötəbərliyinə dəlalət edir.

Bəs “Sirab”ı ali süfrədən silib-süpürən nə ola bilər? Bu, nə ilə bağlıdır?

Xatırladaq ki, sözügedən şirkətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus oldu haqda vaxtaşırı iddialar yayılır. Bu iddialar 2022-ci ilin noyabr-dekabr aylarında Naxçıvanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatlar zamanı daha da intensivləşmişdi. Mövzu ilə bağlı Globalinfo.az-da məqalə çıxandan sonra “Sirab” iddialara cavab verdi. Babək “SİRAB” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzovun adından yayılan açıqlamada bildirilirdi ki, deyilənlərin heç bir əsası yoxdur və sədri olduğu ASC V.Talıbovun deyil.

Bəs niyə iki ildən sonra “Sirab” yenidən bu şəkildə gündəmə gəldi? Ali qəbullardan çəkilən fotolarda, videolarda tərifi göylərə qaldırılan bu suları görmək mümkün olmur?

Mümkündür ki, burda siyasi məsələ olmasın. Amma başqa səbəblər ola bilər. Məsələn, “Sirab”ın keyfiyyət göstəricisində hansısa problem aşkarlansın, nəticədə ona etibar azalsın, beləcə, rəqabətə tab gətirə bilməsin.

“Sirab” ASC-nin mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024