Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-11-2024, 00:12)
Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu

Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu
Səhiyyənin Təminatı Mərkəzi xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Mərkəzlə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 673 216,04 manat təşkil edir.

"Avromed Company" QSC tibb sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərov "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildə isə "Avromed Company" QSC-nin baş direktoru təyin edilib.

"Avromed Company" QSC 2016-cı ilədək MMC kimi fəaliyyət göstərib. 2016-cı ildə şirkətin təşkilati hüquqi forması dəyişib.

Bundan başqa, 2011-ci ilədək şirkətin qanuni təmsilçisi Feyziyev Cavanşir Əyyub oğlu olub. Cavanşir Feyizyev deputatdır. Onun deputatlıq karyerası 2015-ci ildən başlayır. Cavanşir Feyziyev parlamentdə 115 saylı Şəki qəsəbə ikinci seçki dairəsini təmsil edir.

Cavanşir Feyziyevlə bağlı bioqrafik məlumatlarda isə onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

2015-ci ildən 2020-ci ilədək isə şirkəti Baxşıyeva Əzizə Cavanşir qızı təmsil edib. Əzizə Baxşıyeva Cavanşir Feyziyevin qızıdır. Bütün bunlar şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialara səbəb olub.

2020-ci ildə isə "Avromed Company" QSC-nin yaydığı açıqlamada bildirilir ki, Cavanşir Feyziyev 2016-cı ildə isə səhmlərini satıb. Lakin deputatın qızı Əzizə Baxşıyevanın 2020-ci ilədək şirkətin qanuni təmsilçisi olması şirkətin açıqlamasına şübhə ilə yanaşmağa əsas verir.

Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşğul olmasını qadağan edir. Bu baxımdan, biznesmen deputatlar adətən şirkətlərini ayrı-ayrı adamlarını adına rəsmiləşdirir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024