Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-09-2022, 21:50)
Cavanşir Feyziyevin `SATDIM` dediyi şirkət 10 milyonluq TENDER UDDU

 “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 3 tender müsabiqəsinin qalibləri məlum olub.
Mediatv.az-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibləri “Avromed Company” QSC (VÖEN – 1500166751), “Referans Pharmaceuticals” MMC (VÖEN – 1502717001) və “Zeytun Pharmaceuticals” MMC (VÖEN – 1701688171) olub.
“Avromed Company” QSC İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə 8 milyon 572 min 167 manat 82 qəpik, “Referans Pharmaceuticals” MMC 15 milyon 862 min 953 manat 49 qəpik, “Zeytun Pharmaceuticals” MMC isə 3 milyon 399 min 200 manat 16 qəpik dəyərində dərman vasitələri satacaq.
Qeyd edək ki, “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı Nəsimi rayonu Neftçilər pr, ev 153-də yerləşir. QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov bu ilin fevral ayında şirkətə baş direktor təyin olunub. Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Bundan əvvəl isə Kamran Aqasi ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.
Onu da bildirək ki, uzun illər mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilib. Cavanşir Feyziyevin rəsmi tərcümeyi halında da millət vəkilinin 2002-2010-cu illərdə “Avromed”in baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada isə qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb: “Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.
15,7 milyon manatlıq tenderi udan "Referans Pharmaceuticals" MMC 21.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay, ev 76” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğludur.
3,4 milyonluq tenderi udan "Zeytun Pharmaceuticals" MMC isə 09.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 21C” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024