Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-10-2024, 08:12)
Ölüm yaşı "aşağı" düşür, pensiya yaşı "yuxarı" çıxır" - BU NƏDİ BELƏ?!

Ölüm yaşı "aşağı" düşür, pensiya yaşı "yuxarı" çıxır"
Sıravi azərbaycanlının aylıq əməkhaqqının 55%-i ərzaq, siqaret və içkiyə xərclənir. Əslində, "ölkədə ərzağa daha çox pul xərclənir" yox, "ərzaq daha çox pul aparır" desək, daha vicdanlı yanaşma olardı.
Elan olunan rəsmi statistikada belə deyilir. Siqaret və içkini bir kənara qoysaq, əməkhaqqının təkcə 55 faizinin ərzağa xərclənməsi əhalinin yaşayış səviyyəsinin hansı acınacaqlı vəziyyətdə olduğunu göstərən ən bariz nümunədir. İş yerləri, elanlar hər yeri "bürüsə" də, təklif edilən əməkhaqqı və iş saatı insanın özünü "şəxsiyyət" olaraq görməsini çətinləşdirir. İstismar vaxtı artdıqca, ona tərs mütənasib olaraq, əməkhaqqı azalmağa doğru gedir. Məsələn, diş həkimi işinə aylıq altı yüz manat əməkhaqqı təklif edən klinikalar mövcuddur. Halbuki, bu ixtisas dünyanın əksər ölkəsində ən yüksək diqqətə və qazanca malik peşələr arasında gəlir. Zəruri vəziyyət həkimlərin bir neçə klinikada işləməsinə səbəb olur. Ancaq bu vəziyyət, təkcə həkimlik ixtisası üçün keçərli deyil. Bir çox sahələrdə əməkhaqları 700 manatın altındadır və bu, yaşayış üçün minimal qazancı iki min manat və üzəri olan bir ölkənin vətəndaşı üçün həyatda qalma puludur.

Koreyalıların son zamanlar məşhur olan serialında olduğu kimi - sadəcə oyunu davam etdirmək və həyatda qalmaq üçün yeməlisən. Slavyan xalqlarında belə bir ənənə var ki, onlar ilin 11 ayını işləyər və bu müddət ərzində qazandığı puldan bir qədərini bir aylıq məzuniyyətinə ayırar, 11 ayın yorğunluğunu bir aylıq istirahətlə çıxarlar. Lakin Azərbaycanda çox az sayda təbəqələşmiş fərdlər istisna olmaqla, heç kəs nəinki məzuniyyət, heç bazar gününü necə keçirəcəkləri barədə plan qura bilmirlər. 700 manat və aşağı əməkhaqqı ilə dolanmağa çalışanların böyük bir hissəsi ya həftəsonlarını, ya da axşamkı istirahət vaxtlarını ikinci bir işdə çalışmaqla keçirməli olurlar. İkinci iş yerini zəruri edən əsas səbəb də az öncə yuxarıda qeyd etdiyimiz 55%-lik xərc məsələsindən qaynaqlanır. Birinci işindən qazandığını təkcə ərzağa xərcləyən ailə digər zəruri tələbatları üçün fövqəladə güc sərf etməli olur. Bu, bir neçə ildən sonra onun özünə hansısa fiziki-psixoloji xəstəlik olaraq geri dönür. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanda ölümün yaşı 50-yə enib. Ancaq pensiya yaşı "hər ehtimala qarşı" getdikcə artırılır. Nəhayət, insanlar üçün o yaşa çatmaqla, "Squid Game"də birinciliyə çatmaq arasında heç bir fərq tapa bilmirsən.

Mətin Şükürlü, Bizimyol.info
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024