Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-06-2019, 11:00)
Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı - TƏKLİF

Minimum aylıq əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə bağlı Prezident sərəncamından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.
Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:
“Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.
Qeyd edək ki, iyunun 18-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024