Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-01-2015, 22:10)
YAP üzvündən 45 min manat rüşvət istənilir - VİDEO

YAP üzvündən 45 min manat rüşvət istənilir - VİDEO

“Vəzir Həsənov (red.Sumqayıt Gömrük İdarəsinin rəisi S.V.) özü şəxsən mənə dedi ki, 45 min manatı ödəməlisən. Ödəməsən, biz sənə deklorasiyanı yazmağa imkan verməyəcəyik”- bu sözləri sahibkar Anar Əliyev deyir.

 Sumqayıt şəhər sakini A.Əliyev 7 aydır Rusiyadan ölkəyə tikinti materialları gətirir. O, 29 dekabrda növbəti yükünü rəsmiləşdirmək üçün Sumqayıt Gömrük İdarəsinə müraciət edir. Amma İdarəsinin rəisi Vəzir Həsənov sahibkardan 45 min manat pul istəyir. Anar Əliyev bunun səbəbini soruşduqda rəis “yükün statistik dəyəridir” deyə cavab verir. Amma sahibkar deyir ki, onun yükünün statistik dəyəri təxminən 21 min ABŞ dollarıdır .

Anar Əliyev “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun monopolist olduğunu və onun təsiri ilə rəis Vəzir Həsənovun deyilən məbləğ ödənilməyəcəyi halda yükünü qeydiyyatdan keçirməyəcəyini bildirir: “Özünün dediyinə görə (red.Vəzir Həsənov S.V.) ondan da yuxarı təbəqələr var.  Onlar bu işə razılıq vermirlər. Əbülfəz Məlikov ona tapşırıq verib ki,  45 min manat dövlətə...amma dövlət deyəndə bankı nəzərdə tutur ki, həmin o bankda mənə hesab nömrəsi deyiləcək. “Banka gedib 45 min manat ödəyirsən sonra gəlib burada yükünü rəsmiləşdiririk” deyir. Malımdan imtina etməliyəm, belə deyir. Altından da imzamı çəkməliyəm, möhür vurulmalıdır. Deyir, onu keçirəcəksən hər hansısa biz deyəcəyimiz firmanın adına. Ondan sonra biz sənin malını buraxırıq. Hansı bankdır, hansı hesab nömrəsidir, onu demədilər”. 

Yeni Azərbaycan Partiyasının üzvü olan Anar Əliyev problemin həlli üçü Dövlət Gömrük Komitəsinə, Baş Prokurorluğa müraciət edib. Gömrük Komitəsində Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Mirqasım Vahabov  sahibkarı qəbul edib. Anar Əliyevin dediyinə görə rəis gömrük işçilərinin səhv etdiyini və onlarla danışacağını deyib. Amma danışıqdan da heç bir nəticə hasil olmayıb.   

Sumqayıt Gömrük İdarəsinin rəsmiləşdirmə şöbəsinin rəisi Aslan Sərxanov bildirir ki, sahibkardan rüşvət istənilməsi ilə bağlı heç nə deyə bilməz. 

Dövlət Gömrük Komitəsindən zənglərimizə cavab verən olmadı. 

Sahibkar isə yükünün saxlanıldığı 8 gün ərzində hər gün 640 manat yer pulu ödəyir. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024