Sosial (21-08-2024, 12:27)
Nə lisenziya, nə vergi, məni Prezidentin Təhlükəsizlik Xidmətindən əmim oğlu tapşırıb
Bakıda və digər mərkəzi şəhərlərdə addımbaşı rast gəlinən stomotoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki, günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı düşür.
Hətta bu kabinetlərdə bəzən qeyri-profesionallar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır. Çünki, hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı üzündən yayılır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin bu problemə münasibəti bəllidir: “Stomatoloji iş üzrə tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan, bu sahədə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Vaxtaşırı olaraq stomatoloji kabinet və klinikalarda plandankənar və planlı yoxlama aparılır. Bu yoxlamalar nəticəsində müəssisələrdə lisenziya olmadan stomatoloji fəaliyyət, lisenziyada göstərilən xidmətlərdən kənar fəaliyyət, çalışan həkimlərin müvafiq sertifikat olmadan fəaliyyəti aşkar edilir. Aşkar olunmuş nöqsanlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq sonrakı icraata göndərilir”.
Yoxlanılmalı, inzibati deyil, əslində cinayət işi açılmalı bir şəxsin ünvanını da biz göstəririk bu yazıda.
Abşeron rayonunun inzibati mərkəzi sayılan Xırdalan şəhərində, 119 saylı marşrut xəttinin sonunda fəaliyyət göstərən diş kabinetindən “Nyus.az” xəbər portalı redaksiyasına narazılıq ifadə edən informasiya daxil olub. Kabineti işlədən Telman həkimdən gileylənən yerli sakinlər bildirirlər ki, o, göstərdiyi xidmətə ağlına gələn qiyməti qoyur: Məsələn, adi dişi 20 manata çəkdiyi halda, ağıl dişini 40 manata çəkir. Bundan başqa, məlumatda qeyd olunur ki, Telman həkimin Səhiyyə Nazirliyindən lisenziyası yoxdur, fəaliyyətində maliyyə şəffaflığı yoxdur, nağd hesablaşma yolu ilə əldə etdiyi qazancını rəsmən mədaxil etmədiyindən, gəlirlərini vergidən yayındırır.
Məsələyə münasibətini öyrənmək məqsədilə Telman həkimə zəng vurub suallarımızı vetrdik. İlk sözü bu oldu ki, əmisi oğlu Prezidentin şəxsi mühafizə xidmətində işləyir: “Mənim işimə aidiyyəti olan Səhiyyə Nazirliyidi, vergidir, polisdir – hamısına tapşırılıb. Mən o orqanların hamısı ilə danışmışam. İndi lisenziya almaq üçün 3-4 min manat rüşvət vermək lazımdır, hələ başqa icazələri demirəm, guya özünüz bilmirsiniz. Ona qalsa, Xırdalanda stomatoloqların 80 faizi lisenziyasız işləyir”.
Telman həkim adını anonim saxladığımız şikayətçinin kim olduğunu öyrənməyə cəhd etdi və ərazidə fəaliyyət göstərən başqa həmkarından şübhələndiyini gizlətmədi: “O sözü kim deyirsə, başını daşdan-daşa döyür. Burda bir diş həkimi var, ona həkim də demək olmaz, çobandır, oturub evində işləyir. Gedib onu çəkmirsiz, sifarişlə gəlib mənim pasientlərimi danışdırıb-çəkirsiz. Bəlkə o göndərib sizi bura?! 35 ilin həkimiyəm, şükür Allaha, hələ bircə dəfə “çepem” olmayıb. Nə qədər bu millət bir-birinin ayağının altını qazacaq, bir-birinə torba tikəcək? Mən neyləməliyəm, gedib oğurluq eləməliyəm?”
Həmsöhbətimizə bildirdik ki, qohumunun yüksək vəzifədə işləməsi ona ixtiyar vermir ki, qanunsuz fəaliyyət göstərsin. Cavabı bu oldu:
- Deyərəm, əmim oğlu özü sizə zəng vurar.
- Danışdıq. Elə belə də yazarıq ki, Telman həkim yüksək vəzifəli qohumuna arxayın olub, qanunsuz fəaliyyət göstərir.
Bu dəfə taktikanı dəyişdi:
- Mən bura gələn hamını layiqlə yola salmışam. Siz də adam kimi gələrdiz, bəlkə bir “şirinlik” verərdim sizə...
Təklif elədiyi “şirinlikdən” də imtina elədiyimizi görüb başqa bir varianta əl atdı:
- Mən qazi atasıyam. Oğlum Tovuz döyüşlərinin qəhrəmanıdı. O, cəbhədə can qoyanda siz burda yazı yazırdınız.
Həkimə xatırlatdıq ki, müharibə dönəmində biz jurnalistlər də qələmimizi süngü edib cəbhədən qələbə xəbərlərini səbirsizliklə gözləyən oxuculara çatdırmışıq, informasiya savaşında düşmən təbliğat maşınının cavabını vermişik.
– Yox! – dedi: - Cəbhəyə gedən jurnalistlər o minaya düşən iki nəfər idi.
Yəqin ki, Telman həkimin cəbhəyə jurnalist kimi deyil, silah götürüb döyüşməyə gedən jurnalistlərdən xəbəri yoxdur. Bilmir ki, heç onun oğlunun qazi olması da ona insanların həyatı ilə oynamaq, qanunsuz işləmək, vergidən yayınmaq səlahiyyəti vermir. Həm də, Tovuz döyüşləri, 44 günlük müharibə dörd il əvvəl olub, bəs Telman doktor 35 illik destruktiv həkimlik dövrünün əvvəlki 31 ilinə necə don geyindirəcək? Bəlkə qardaşının Əfqanıstan müharibəsi veteranı, babasının Sovet İttifaqı Qəhrəmanı olduğunu deyə-deyə yola verib o illəri?
Hər şey bir yana, maraqlıdır ki, Telman həkim ağıl dişini niyə azı dişlərdən ikiqat baha qiymətə çəkir. Bəlkə pasientə belə təminat verir?: “Elə çəkəcəyəm, ağlınıza zərər dəyməyəcək. Burda bir həkim var, həkim də demək olmaz ona, çobandır. Ağıl dişini çəkəndən sonra xəstənin ağlı başından çıxır, dəli olur”
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024