Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 12:27)
Möhbalıyevin qardaşının villasındakı qətlin yeni detalları

 Həmkarlar İttifaqları Konfederasiyasının sabiq rəhbəri, bir müddət deputat olmuş Səttar Möhbalıyevin qardaşı Faiq Möhbalıyevin evində 60-65 yaşlı kişini qətlə yetirən gözətçi Ramin Əlixanovun kassasiya şikayətinə baxılıb.
Mediatv.az Teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, Ramin Əlixanov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mühakimə edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Tovuz rayon sakini Ramin Əlixanov ibtidai istintaqa ilkin ifadəsində gözətçi işlədiyi evdən oğurluq etməyə çalışan şəxsə xəsarət yetirərək öldürdüyünü desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, Cəfər adlı 60-65 yaşlı kişi fəhlə işləmək üçün müraciət edib, onun sənədləri, daimi yaşayış yeri olmayıb.
Ramin həmin şəxsə evin həyətindəki gözətçi otağında yaşamağa icazə verib və öz yanında işlədib.
Hadisə günü Ramin işlədiyi yerə gələrkən Cəfərin qapını gec açması və nərdivanı pəncərəyə söykəməsini görərək onun oğurluq edə biləcəyindən şübhələnib. Daha sonra onlar birgə yeyib-içiblər. Lakin Ramin yenidən şübhələrinə əsaslanaraq Cəfərin oğurluq edə biləcəyini düşünüb və onu cəzalandırmaq istəyib. Külüngü götürərək yaşlı kişiyə xəsarətlər yetirməyə çalışarkən Cəfər qaçaraq uzaqlaşıb.
Ramin bir neçə dəfə külüngü onun arxasınca atsa da, Cəfərə ağır zərbə endirə bilməyib. Qapıya çatan Cəfər küçəyə çıxmaq istəyib, lakin qapının bağlı olması səbəbindən həyəti tərk edə bilməyib. Ona yaxınlaşan Ramin bu dəfə yaxından zərbələr endirərək onu yerə yıxıb və külünglə qətlə yetirib. Daha sonra meyiti həyətdə basdırıb. Lakin 1 gün sonra hadisənin üstü açılıb.
Hadisədən 3 il keçməsinə və qətlə yetirilən şəxsin fotosu yayılmaqla ölümü barədə elan verilsə də, hələ də onun yaxınları tapılmayıb və kimliyini dəqiqləşdirmək mümkün olmayıb. O, kimsəsizlər məzarlığında dəfn edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində bağban və gözətçi işləyib:
“Mərhuma həmin evdə yaşaması üçün icazə vermişdim. Mən onun oğurluq etməsindən şübhələnirdim. Bir gün yemək yeyərkən ona etdiklərini danışdım. Onun mobil telefonunu heç kimə zəng etməməsi üçün qırmışdım.
Onunla aramızda mübahisə yarandı və biz dalaşmağa başladıq. Özünü Cəfər kimi təqdim etmiş şəxs həyətdə belin olduğu istiqamətə qaçdı. Mən beli götürmək istəyən zaman o da sapsız külüngü götürərək tək əli ilə mənə tərəf atdı. Külüng kürəyimə dəydi və yerə düşdü”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Cəfər beli götürərək üzərinə gəlib:
“Mən külüngü yenidən ona atdım. Bu dəfə külüng baş nahiyəsinə dəydi və Cəfər vəfat etdi. Yerdə olarkən ona külünglə zərbə endirmədim. Müvafiq orqana dərhal məlumat verə bilmədim.
Qonşudan mobil telefon götürdüm. Amma telefon götürənədək xeyli müddət keçdi, Cəfər vəfat etdi. Mən polisə məlumat verdim. Polis əməkdaşları da hadisə yerinə xeyli gec gəldilər. Cəfərin qanının qoxusu yayıldığı və pis qoxu verdiyi üçün meyitin üzərinə bir qədər qum səpdim. Cəfəri öldürməyim barədə qonşuluqda usta kimi fəaliyyət göstərən Cəmaləddin adlı şəxsə də məlumat verdim”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Əlixanov 16 il həbs cəzası verilib.
Bu hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində 5 azyaşlı övladının olduğunu, ailə başçısı olmaqla bu günə kimi heç bir cinayət törətmədiyini, cinayətə meyilli olmadığını qeyd edib.
Fəhləliklə ailəsini, uşaqlarını saxladığını, özünün də vərəm xəstəsi olmaqla şəkər xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ramin Əlixanovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Onun cəzası 10 il 6 aya endirilib.
O, daha yüngül cəza almaq üçün Ali Məhkəməyə müraciət etsə də, şikayət təmin olunmayıb.
Qeyd edək ki, qətl hadisəsinin törədildiyi evin sahibi Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisidir. O, 2018-ci ildə vəfat edib. F.Möhbalıyevin qardaşı Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır.
Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İ.Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.шаблоны для dle 11.2

Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025