Kriminal (Bu gün, 12:34)
Vəzifəli şəxsin qızı "WhatsApp"da necə qumar təşkil edib? - Həbs olundu
Onlayn lotereya" adı ilə internet üzərindən 1 milyon 232 min 559 manat pulu dələduzluq yolu ilə ələ keçirən Tənzilə Kərimovaya hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Tənzilə Kərimova barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi açılıb və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, 2022-ci ilin aprel ayının əvvəllərində "Telegram" sosial şəbəkəsində adını xatırlamadığı söhbət qrupunda "gift of legacy" adlı qumar oyunlarını öyrənib. Bu sxemi başa düşdükdən sonra "WhatsApp" proqramında öz şəbəkəsini qurub. "WhatsApp"da 11 qrup yaradıb, Könül Gözəlova, Həcər Baxşəliyeva, zərərçəkmiş N.N, Gülnarə Həziyeva, Bilqeys Əhmədova, Xanım Manafova, Aytən Səfərova, Vüsalə, İlahə, Aygün adlı şəxsləri qrup rəhbəri təyin edib. Hər "WhatsApp" qrupunda təxminən 10-12 masa olub. Hər qrup rəhbəri öz qrupunda toplanmış vəsaiti qəbul edib.
"Onlayn lotereya" adı ilə oyunçuların pulları qrup rəhbərinin bank kartı hesabında toplanıb. Əvvəlcə hər kəsdən oyuna qoşulmaq üçün 180 manat qəbul edilib, 8 nəfərin ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilib.
Tənzilə qumar oyunlarına qoşulan şəxslərə söz verib ki, onun oyunlarına pul yatıran şəxslərə 5 qat pullarını tam şəkildə ödəyəcək. Beləcə təqsirləndirilən şəxs əksəriyyəti xanımlardan ibarət olan zərərçəkmişlərə 1.232.559 manat, yəni xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Məhkəmədə o da məlum olub ki, T.Kərimova özünü təqsirkar görməyib və qumar oyunlarından 48.750 manat qazanc əldə etdiyini deyib. 3 azyaşlı övladı olan təqsirləndirilən şəxs qumar oyunlarına qoşulduqdan sonra həyat yoldaşından da boşanıb. Atası isə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Yol İstismar İdarəsində baş mühəndis vəzifəsində çalışır.
Məhkəmənin qərarı ilə 1990-cı ildə Qobustan rayonu Çuxanlı kəndində doğulmuş Tənzilə Kərimova 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, məhkəmə iclas zalından dərhal həbs olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025