Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-03-2014, 19:05)
İstiqlalçı deputatların çəkişməsi böyüyür

Hacıbaba Əzimov Apelyasiya Məhkəməsinə Səfa Mirzəyevin gətirilməsini tələb etsə də, hakim onun gəlməkdən imtina etdiyini və polislə gətirilməsinin mümkünsüz olduğunu deyib; Məryəm Həsənova və Firudin Cəlilovun işinə də baxılacaq

 

İstiqlalçı millət vəkillərinin deputat pensiyasından məhrum olunmasına görə məhkəmə çəkişmələri başlanıb. Sabiq deputatlardan Firudin Cəlilov və Məryəm Həsənovadan sonra Hacıbaba Əzimov da hüquqi müstəvidə mübarizəsini davam etdirir. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsində istiqlalçı deputat, professor Hacıbaba Əzimovun şikayətinə baxılıb. 
Bu barədə H.Əzimov musavat.com-a verdiyi məlumatda qeyd etdi ki, prosesdə cavabdeh tərəf olan Dövlət Sosial Müdafiə Fondunun və onun Nəsimi Rayon Şöbəsinin nümayəndələri iştirak ediblər. H.Əzimov bildirdi ki, qarşı tərəf arqumentsizliyinə görə prosesdə aciz duruma düşüb. Sabiq deputat öz pensiya hüququnun pozulmasının sübutu olaraq, istinad etdiyi hüquq normalarını və təqdim etdiyi dəlilləri məhkəməyə verib. 
Onun sözlərinə görə, DSMF istiqlalçı deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarına istinad etmir: “Fond Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq, qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq, sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanı verməkdən imtina edir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət ediblər”.
 
Sabiq deputat bildirdi ki, onun iddiasını 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisad Məhkəməsi təmin etməyiblər. 
Ona görə də, məsələ apelyasiya instansiyasına qədər gəlib çıxıb. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcək.
“Məhkəmənin diqqətinə çatdırdım ki, bütün sivil ölkələrdə, o cümlədən, postsovet respublikalarında müstəqiliyin əldə edilməsində xidmətləri olmuş deputatlar sosial imtiyazlara layiq görülüb. Azərbaycanda isə sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıblar, yalnız pensiya ümidinə qalıblar. 
Amma deputat pensiyalarını da ala bilmirlər. Məhkəmə prosesinin aşkarlıq prinsipi əsasında aparılması məqsədilə cavabdeh tərəflə çəkişmənin və verdiyi sualların audio yazılışına icazə verilməsini kollegiya üzvlərindən xahiş etdim. Amma hakim əsası olmadan bu xahişi təmin etmədi, İnzibati Prosessual Məcəlləsinin 17.2 maddəsini pozmuş oldu,”-deyə H.Əzimov vurğuladı. 
İddiaçı pensiya ilə bağlı qanunvericiliyin tətbiq edilməsinə dair cavabdehlərə çoxsaylı suallar verib: “Cavabdehlərin nümayəndələri 30-a yaxın sualımdan heç birinə hüquq normaları əsasında dürüst cavab verə bilmədilər. Məsələn, DSMF və ya onun Nəsimi Rayon Şöbəsi “Əmək pensiyaları haqqında” Qanuna və digər qanunvericilik aktlarına təfsir (şərh) verə bilərmi, Milli Məclis nə vaxtdan fəaliyyətə başlayıb, Milli Məclisin Aparatının rəhbərinin qanunlara rəsmi təfsir vermək səlahiyyəti varmı? Əgər yoxdursa, onda nədən DSMF hələ də onun 2000-ci ilin dekabr ayında Əmək Nazirliyinə göndərdiyi məktubu əsas götürərək və onun məzmununu iddiaçılara cavab məktublarına köçürərək ilk Milli Məclisin deputatlarına pensiya verməkdən imtina edir və s.”
 
H.Əzimov maraqlı bir detalı da açıqladı: “Mühakimənin sonuna yaxın hakimin nəzərinə çatdırdım ki, Səfa Mirzəyevin məhkəməyə çağırılması barədə vəsatət təmin edilməyib. Hakim qayıtdı ki, Səfa Mirzəyev məhkəməyə gəlməkdən imtina edir və onun polislə gətirilməsi də qeyri-mümkündür”. 
Kollegiyanın növbəti iclası martın 11-i, saat 16-ya təyin edilib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024