Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-06-2024, 20:42)
"Şərurlu İsfəndiyar" qardaşı oğlu nazirliyin qərarından narazı qaldı

"Şərurlu İsfəndiyar" qardaşı oğlu nazirliyin qərarından narazı qaldı
"Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov qardaşı oğlu barəsində bir neçə cərimə protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Stil Tikinti 2019" Mənzil Tikinti Koopertavinin təsisçisi, baş direktoru Axundov İmran Məhəmməd oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri ilə cərimə yazıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə, 198.1.5-ci maddə isə normal əmək və istirahət rejiminə riayət edilməməsi bağlıdır.

Birincidə, vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək, ikincidə isə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İmran Axundov nazirliyin tərtib etdiyi protokoldan Binəqədi Rayon Məhkəməsinə şikayət verib. İş hakim Aynurə Sadıqovanın icraatındadır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024