Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-06-2024, 12:08)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adı DƏLƏDUZLUQ İŞİNDƏ-VİDEO

 


Xəzər rayonunun Binə qəsəbəsində eyni torpaq sahəsini 18 nəfərə satan və etdiyi dələduzluq səbəbindən həbs edilən Orxan Cəlilovun daha 20 nəfərin də külli miqdarda pulunu mənimsədiyi məlum olub...

Bu barədə Pravda.az-a zərərçəkənlərdən birinin verdiyi məlumatda bildirilib.

Zərərçəkənin sözlərinə görə, dələduzluq faktı ilə bağlı Xəzər TV reportaj hazırlayanda Orxan Cəlilov adlı dələduz hələ həbs edilməyibmiş: “Bu ilin fevralında məsələni ictimailəşdirdik. Bir neçə nəfərin şikayəti var idi. Eyni dələduzluğa məruz qalmış vətəndaşlar “Xəzər Xəbər”i izləyəndə məsələdən agah oldular. Hazırda 38 nəfər şikayətçi var. O.Cəlilov hansısa yolla Binə Atçılıq yaşayış massivində, Buzovna və Savalan ərazisində boş torpaq sahələrinin sənədini arxivdən tapıb, saxta sənəd düzəldirdi. Bir torpağı iki-üç adama, hətta beş adama satıb. Ortalama 500 min manata yaxın dələduzluq edilib. Ən az məbləğ ödəyən mənəm - 11 min manat. 25 min - 40 min manat ödəyib, torpaq olanlar da var. O.Cəlilov hamıya deyirdi ki, narahat olmayın, torpağın “kupça”sı da olacaq. “Kupça”ya əlavə pul alırdı. Ortada isə heç nə yoxdur. Torpağın əsl sahibi kimdir, bilinmir. Sənədləşmə notarial qaydada olub. Məsələn, Binə Südçülük sovxozu ərazisində 10 sotdan 2 sot üçün bələdiyyə sənədi verib. Zabrat qəsəbəsindəki 39 saylı notarius sənədi təsdiqləyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də xəritə sənəd aldığını iddia edirdi. Kompüterdən çıxarılmış xəritəni gətirib, onu da notarius təsdiqləyib. Hamıya qarşı eyni dələduzluğu edib. Şikayətimizdən sonra O.Cəlilov həbs edildi. İlk məhkəmə prosesinə hamını çağırdılar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov isə dedi ki, məhkəmə təxirə salınıb, Orxanın əlaltılarını gətiriblər, özünü yox. Guya Orxan özünə qəsdə cəhd edib, xəstəxanadadır. İyunun 2-də baş tutan məhkəmədə Orxan Cəlilov qulağına pambıq tıxayıb üzünü divara çevirmişdi. Heç bir suala cavab vermədi, əməli boynuna almır. Öyrədiblər ki, səsini çıxarma. Növbəti iclas iyulun 1-nə təyin edilib. Bundan böyük Elmir adlı biri var. Onu bir dəfə həbs etdilər, sonra buraxdılar. Orxan onun əlaltısıdır. Bunlar mafiyadırlar, Orxan tək başına o pulları yeyə bilməz. Obyektləri, maşınları var. Elə iş qurub ki, heç biri öz adına deyil. Villasının birini satsa, hamının pulunu qaytaracaq. Tək çarə Prezident Administrasiyasına müraciət etməkdir. Bu kimin adamıdır, arxasında dayanan kimdir? İşimizə niyə baxılmır? Şikayətçilərin tələbi budur ki, O.Cəlilova layiqli həbs cəzası verilsin. Qanunu oxuyuruq, boşluq var. Maksimum 3 il müddət həbsdir, ya da inzibati...
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu göndərilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024