Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-06-2024, 08:54)
Haqqı tapdanan işçilərdən ŞOK FAKTLAR..

 

Xızı rayon sakini Hüseynov İbrahim Nurəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşı ilə birgə işlədikləri Giləzi-Sitalçay quşçuluq fabrikinin rəhbərliyi onların haqqına girib:

“Mən, Hüseynov İbrahim Nurəddin oğlu, bildirirəm ki, 2015-ci ilin oktyabr ayında həyat yoldaşımla birlikdə Giləzi-Sitalçay quşçuluq fabrikində rəsmi olaraq işə qəbul olunmuşuq. 2016-cı ilin mart ayının 11-də fabrikdə quşlara xəstəlik düşdüyünə görə işdən azad olunmuşuq.

Bundan sonra, bir müddət fabrikdə iş dayandırıldı. 2016-cı il, may ayının 10-da yenidən fabrik fəaliyyətinə davam etdi və bizi də işə aldılar. Sonradan, 19 oktyabr 2019-cu ildə yenidən işdən azad olunduq.

Həmin iş müddətində nə məzuniyyət hüququmuzdan istifadə etmişik, nə də özləri bizə məzuniyyət veriblər. 3 günlük icazə lazım olanda bizə sərt şəkildə bildirirdilər ki, get, qayıtma.

Maaşımız cəm 250 manat idi. Vergidən yayınmağa görə onun 180 manatını kartla, qalanını isə nəğd verirdilər. İşlədiyimiz ərəfədə fabrikdə qalırdıq. İl tamam olanda bizim maaşa əlavə, yəni artıq pul vururdular, sonrakı ay isə həmin pulu bizdən çıxırdılar. Sonradan başa düşdük ki, bu pul bizə məzuniyyətə görə verilirmiş, lakin rəhbərlik onu əlimizdən alırdı. 4 ildir Əmək Müfəttişliyinə şikayət edirik, ancaq heç bir nəticə yoxdur.

6 ay əvvəl Prezident Admnistrasiyasında, Prezidentin köməkçisi Natiq Əmirovun qəbulunda oldum. Görüşdən sonra Əmək Müfəttişliyinə göştəriş verdi və Yasamalda yerləşən 25 nömrəli idarəyə çağırıldım. Orada bütün olanları olduğu kimi danışdım. 1 aydan sonra müfəttişlikdən bizə məktub gəldi. Məktubda yazılmışdı ki, biz şirkətə məktub göndərmişik, ancaq şirkət müfəttişliyə düzgün cavab vermədiyi üçün şikayətiniz Respublika Prokurorluğuna göndərildi.

Artıq 6 aydır ki, sakitçilikdir və fəhlənin haqqı tapdalanır. Bütün müvafiq qurumlar bu məsələyə susursa, deməli, rəhbərliyin arxasında güclü bir qüvvə durur.

Sizdən xahişimiz odur ki, şikayətimizi ictimailəşdirin, insaf sahibi olan hər hansısa bir qurum bəlkə bir tədbir görər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024